Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:42

SOCAR 250 milyon kredit aldı


SOCAR
SOCAR

-

SOCAR daha 250 milyon dollar borclanıb.

Avstriyanın «UniCredit Bank»ı «SOCAR Trading» qrupunun tərkibinə daxil olan bir neçə şirkətə 250 milyon dollar dəyərində kredit ayırıb.

Bu haqda marja.az xəbər verir.

Xəbərdə bildirilir ki, 250 milyon dollarlıq kredit SOCAR-ın müvafiq şirkətlərinin ticarət fəaliyyətinə dəstək məqsədilə ayrılıb.

Kredit sazişi üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanın «Norton Rose Fullbright» firması çıxış edib.

Buna qədər SOCAR-ın 6.3 milyard dollar borcu olduğu bildirilirdi.

XS
SM
MD
LG