Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:48

Avropanı oyadıb özü 'yuxuya gedən' İslam fəlsəfəsi


Altay Göyüşov
Altay Göyüşov

►Bir vaxtlar İslam alimləri Avropa elminin inkişafına təkan verdiyi halda, indi Şərq Qərbin "tozuna da çata bilmir"?

Altay Göyüşov

AVROPANI OYADAN İSLAM FƏLSƏFƏSİ

Və ya “İslam sivilizasiyası elmdə lider mövqeyini nədən itirdi” sualına cavab cəhdi

IX-XII yüzilləri müsəlman dünyasının qızıl əsri adlandırırlar. Həmin əsrlər civarında İslam aləminin bəşəriyyətin avanqardı rolunu oynadığı danılmaz faktdır.

Əl Fərabi
Əl Fərabi

Əl-Xarəzmi, Ər-Razi, Əl-Fərabi, İbn-Sina, Biruni, Nizami, İbn Rüşd və başqaları elm və təbabətdə insanlığı irəliyə daşıyan kəşflər edir, uzun əsrlər boyunca oxunacaq fəlsəfi və ədəbi əsərlər yaradırdılar.

Əlbəttə, bütün bu tərəqqinin çoxlu məcmu, kompleks səbəbləri var ki, burada onlardan yalnız biri haqqında danışmaq istəyirəm.

Axı bu gün elm dünyasında dominant fikir odur ki, məhz hər hansı inkişafa vacib olan kritik amilin sıradan çıxması intellektual tərəqqi çağını bitirən və dərin çöküşə keçirən əsas səbəblərdəndir.

Bir düşüncə tərzinin diktatı yox idi

Məsələ burasındadır ki, danışılan dövr və zamanda İslam bir sivilizasiya kimi yüksəliş çağını yaşamaqla yanaşı, onun içindəki ideoloji fərqlər, müxtəlif qollar, düşüncələr, bu doqmalar arasında gedən mübahisələr digər, o cümlədən siyasi, linqvistik, mədəni amillərlə kombinasiyada fikir müxtəlifliyinə, fikir azadlığının mövcudiyyətinə şərait yaradırdı.

Başqa sözlə, vahid ortodoksun, bir düşüncə tərzinin diktatı yox idi. Bu azadlıqlar, başda Aristotel olmaqla, yunan fəlsəfəsinin ərəb dilinə tərcüməsini əngəlləmir, onu yasaqlamırdı.

​Əqidə məsələsində ağıl, məntiq və vəhy, yəni ilahinin birbaşa əmrləri arasındakı münasibətlərin fəlsəfi üsullarla ararşdırılıb müzakirəyə çıxarılması imkanı genişlənirdi. Ümumiyyətlə, mühit araşdırma, axtarış və öyrənməyi stimullaşdır, dövrə pərəstiş doğururdu.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsib
Ermənistanla Rusiya razılaşıb

____________________________________________________________

Indiana Universitetinin professoru Kristofer Bekvits “İpək yolunun imperiyaları” əsərində yazır ki, məhz bu müsəlman elmi ilə təmas da ortaçağ Qərbi Avropasının intellektual inkişafına təkan vermişdi. Əksər alimlər həmin təması Avropada İntibahın - Oyanışın başlanğıcı sayırlar.

Di gəl, Avropada intellektual axtarışı alovlandıran bu “qızıl əsr” müsəlman dünyasının özündə davamını tapmayıb. Betrand Russel “Qərb fəlsəfəsinin tarixi” əsərində yazdığı kimi, müsəlman filosofların əsərləri latın tərcüməsində Avropada məşhurlaşsa da, bir müddət sonra Şərqdə, demək olar, unudulmuşdu.

Dünənki tələbələr müəllimə, müəllimlərsə tələbəyə çevrildi...

Əl Fərabinin əsərinin latın dilinə tərcüməsi, 12-ci əsr
Əl Fərabinin əsərinin latın dilinə tərcüməsi, 12-ci əsr

Çikaqo Universitetinin mərhum professoru Bernard Lyuis-in “Yanlış harada baş verdi?” kitabında iddia etdiyi kimi, bir neçə əsr ərzində bəşəriyyət və nailiyyətin önündə gedən İslam aləmi ilə Xristian dünyasının elmi əlaqələrində yerlər dəyişəcəkdi. Dünənki tələbələr müəllimə, müəllimlərsə tələbəyə çevriləcəkdi.

Bəs bu təzadlı hal nədən irəli gəlirdi?

Elmdə aparıcı rəy budur ki, müsəlman dünyasının başlıca çöküş səbəblərindən biri - ortodoksun, yəni çağdaş dillə desək, mühafizəkar aparıcı dini düşüncənin bu fikir azadlığına dözməməsi, Əl Fərabi, İbn Sina kimi alimlərin insanları dindən azdırdığı qənaətinə gələrək, onların üzərinə hücuma keçməsi, gözdən salması, elmi araşdırmanı susdura bilməsidir.

Başqa sözlə, inkişaf fikir azadlığı mühitindən qaynaqlanırdısa, tənəzzül də bu mühitin sıradan çıxması ilə başlanıb.

Doğrudan da, İslamın qızıl əsrində həmin Fərabi, yaxud İbn Sina, İbn Tüfeyl və başqaları elə məsələləri müzakirə edib, elə suallar qaldırıb, elə nəticələr haqqında yazırdılar ki, bir müddət sonra bütün bunları dilinə gətirənlərə, heç sözsüz, kafir damğası vurulacaqdı. Müstəqil düşüncə və araşdırma hətta cinayət kimi qiymətləndiriləcək təhlükəli bir işə çevriləcəkdi.

Xristian dünyasında isə bu prosesin tam əksi başlanırdı. Yəni, müsəlman dünyasında fikri, rasional düşüncəni boğmaq ayaq tutub yeriyərkən, Avropa bu qitədə uzun əsrlər boyu fikir azadlığını xeyli dərəcədə məhdudlaşdırmış katolik ənənələrini yenidən dəyərləndirmək yoluna qədəm qoyurdu.

İbn Sina Mavzoleyi, Həmədan, İran
İbn Sina Mavzoleyi, Həmədan, İran

Fransız filosofu Luk Ferri “Düşüncənin qısa tarixi” əsərində yazdığı kimi, XIII əsrdə yaşamış və fəlsəfi düşüncənin mühüm vasitə olduğuna katolik dünyasını inandıra bilmiş Tomas Aquinas-dan bəri rasional izah Avropa Xrisitan teologiyasında önəm qazanmağa başlamışdı.

İslam fəlsəfəsinin son işartısı

Elm dünyası əksərən müsəlman dünyasındakı bu, belə demək olarsa, çevrilişin başlanğıc nöqtəsi kimi məşhur Əşarı alimi, filosof, Nizamiyyə mədrəsəsinin müdərrisi Qəzalinin fəaliyyətini və fikirlərini götürür.

Qəzali Fərabi və Sina kimi alimlərin tənqid və təkzibinə həsr etdiyi “Təhafut əl Fələsifə” əsərində bu müsəlman filosofların bir sıra fikirlərini İslama, Şəriətə zidd sayaraq, belə fikirlərin daşıyıb dilə gətirənləri kafir adlandırır, hətta onların buna görə öldürülməsinə fətva verirdi.

Qəzali deyirdi ki, bu məşhur filosoflar böyük alim olduqlarından, insanlar onlara inanır və Şəriət, əqidə məsələlərində onların təsirinə qapılmaları onların möminlik əqidəsini zədələyir, dindən uzaqlaşdırır.

Russel-in yazdığı kimi, İbn Rüşd Xristian düşüncəsinin inkişafında başlanğıca çevriləndə, müsəlman fəlsəfəsinin son işartısı olmuşdu...

Qəzali dini, şəri məsələrdə əqli axtarış üsullarına arxalanmağı böyük yanlış adlandırır.

Ən yaxşı halda bunun bidətə, yəni dinin əsaslarına zidd yenilikçiliyə, bir sıra hallarda isə küfrə yol açdığını iddia edir. Beləliklə, istər-istəməz, ağıl, axtarış, yenilikçilik, rasional düşüncə, səlində, pis əməl statusuna endirilir.

Düzdür, bir müddət sonra məşhur İbn Rüşd “Təhafut əl təhafut” əsərində Qəzalinin elmi şəkildə cavabını verir.

Ancaq artıq çox gec idi. Əlmohad xəlifəsi Əbu Yusif Yaqub Əl-Mənsur mühafizəkar din xadimlərinin basqısı ilə əqldən yararlanaraq həqiqətə çata bilməyin mümkünlüyü iddiasına düşənlərin cəhənnəmə düçar olacaqlarını bəyan edən fətva vermiş və İbn Rüşdün varidatını əlindən almış, əsərlərini yandırtdıraraq, özünü sürgünə yolllamışdı.

Qəzalinin yanaşması və fətvası isə ortodoks müsəlman teoloqların həlledici çoxluğu tərəfindən təqdir və qəbul edilmişdi. Russel-in yazdığı kimi, İbn Rüşd Xristian düşüncəsinin inkişafında başlanğıca çevriləndə, müsəlman fəlsəfəsinin son işartısı olmuşdu...

Buna da bax: Roma Papası Ermənistana gəldi- [video]

Roma Papası Ermənistana gəldi- [video]
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir
XS
SM
MD
LG