Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:33

«Synergy Group» MMC-yə vergidən gələn var...


Synergy Group
Synergy Group

-

Ölkənin ən yeni və çoxşaxəli holdinq şirkətlərindən sayılan 6 yaşlı «Synergy Group»a yeni icraçı direktor təyin olunub. Əvvəlki illərdə olduğu kimi, qrupa rəhbərlik edəcək kadr yenə Vergilər Nazirliyindən gətirilib.

Kommersiya yönümlü hüquqi şəxslərin ictimaiyyətə qismən açıq dövlət reyestrindən görünür ki, bu dəfə holdinqin icraçı direktoru vəzifəsinə Rəşad Tahir oğlu Babayev təyin edilib.

GƏLMƏMİSƏN YOXLAMAĞA, XOŞ GƏLMİSƏN BUYURMAĞA...

R.Babayev Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur və Bakı Vergilər Departamenti rəisinin müavini çalışıb. Onun «vergi sisteminin inkişafında xüsusi xidmətləri» 4 il öncə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə mükafatlandırılıb.

Qrupun mətbuat katibi Ayxan Nəsibli AzadlıqRadiosuna deyib ki, əslində, əvvəlki icraçı direktor Qüdrət Seyfullayev vəzifədən gedəndən bəri R.Babayev həmin işi müvəqqəti görür. «Synergy Group» MMC-nin icra orqanına təyinatın nə zaman olacağı məlum deyil.

VERGİLƏR NAZİRLİYİ KOMMERSİYA ŞİRKƏTLƏRİNİN KADR QAYNAĞIDIR?

Keçmiş baş direktor Q.Seyfullayev ötən ilin noyabrında «Synergy Group»a idarə heyəti sədrinin 1-ci müavini təyin edilməzdən öncə vergilər nazirinin müşaviri idi.

Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri vəzifəsində çalışan Riyad Zakir oğlu Hüseynov 2012-2014-ci illərdə «Synergy Group» ASC Müşahidə Şurasının sədri olub.

Vergilər Nazirliyi qrupa nəzarət edən Əşrəf Kamilovun da karyerasında önəmli yer tutur. O, 1999-2000-ci illərdə bu nazirliyin inzibati və maliyyə təminatı idarəsinin rəisi, daha sonra isə maliyyə idarəsinin rəisi vəzifələrində çalışıb.

2010-cu ilin yanvarında səhmdar cəmiyyəti kimi qurulan «Synergy Group» şirkətinin bugünlərdə məhdud məsuliyyətli cəmiyyətə (MMC-yə) çevrilmə prosesi sona çatıb.

XS
SM
MD
LG