Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:51

Kiş kəndi ilə əlaqə kəsilib


Azərbaycanda daşqın (arxiv fotosu)
Azərbaycanda daşqın (arxiv fotosu)

İyulun 2-də axşam saatlarında Şəki rayonundakı Kiş çayında suyun səviyyəsinin qalxdığı, selə çevrildiyi bildirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi xəbər yayıb.

Həmin xəbərdə bildirilir ki, Kiş kəndi ilə şəhər mərkəzini birləşdirən körpü yararsız hala düşüb, bu kəndlə əlaqə kəsilib.

Nazirliyinin məlumatına görə, Kiş kəndində istirahət mərkəzlərində olan insanların oradan çıxarılmasına yardım göstərilib.

Sel nəticəsində elektrik təchizatına ziyan dəydiyi, yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi bildirilir. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunmasından ötrü işlərin görüldüyü söylənir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Report”a bildirib ki, artıq, çayda suyun səviyyəsində azalma müşahidə olunur. Dağlardan təmiz su gəlir və lil qatını əvəzləyir.

"Hazırda Kiş kəndi ilə tez-tez əlaqə saxlayırıq. Əgər bir problem yaranarsa, biz hər an orda olan insanları təxliyə etməyə hazırıq”, - E. Usubov qeyd edib.

Kiş Azərbaycanın qədim kəndlərindəndir. 6 mindən çox əhalisi var. Eyni adlı çayın sahilində, dağətəyi ərazidə yerləşir.

XS
SM
MD
LG