Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:24

Qəza videosunu yayan polisə 7 il iş istənildi


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►Atletlər işində təqsirləndirilənlərə iş istənildi

Vanessa Şahinoviçin reabilitasiyası üçün kompensasiyanın məbləği ilə əlaqədar Avstriya Olimpiya Komitəsi, bu ölkənin hüquq şirkətilə Azərbaycan arasında danışıqlar gedir. Məbləğin 1 milyon - 1 milyon 200 min civarında olacağı ehtimal edilir

Ötən il Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnmiş qəza ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 4-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edib.

Prokuror bildirib ki, baxmayaraq, təqsirləndirilən şəxslər günahsız olduğunu deyir, onlara qarşı ittihamlar məhkəmədə sübuta yetirilib.

Prokuror avtobusun sürücüsü Vəli Əhmədovun 3 il, həmin kadrları yaymaqda təqsirləndirilən polis əməkdaşı Elçin Həsənovun 7 il, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamovun 7 il, Xidmətin Bakı Regional şöbəsində Sərnişin Daşımalarının Tənzimlənməsi sektorunun məsləhətçisi Fərid Əmiraslanovun 5 il azadlıqdan məhrum edilməsini təklif edib.

____________________________________________________________

Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?

____________________________________________________________

Qeyd edək ki, Fərid Əmiraslanov istisna olmaqla digər üç təqsirləndirilən həbsdədir. Prokuror Fərid Əmiraslanov və Vəli Əhmədovun cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini istəyib.

Prokuror çıxışında Gənclər və İdman Nazirliyinin bu qəza ilə bağlı Baş Prokurorluğa göndərdiyi məktubdan da bəhs edib. Orada göstərilib ki, qəza nəticəsində ağır xəsarət almış Vanessa Şahinoviçin reabilitasiyası üçün kompensasiyanın məbləği ilə əlaqədar Avstriya Olimpiya Komitəsi, bu ölkənin hüquq şirkətilə Azərbaycan arasında danışıqlar gedir. Məbləğin 1 milyon - 1 milyon 200 min civarında olacağı ehtimal edilir.

“SƏMİMİ PEŞMANDIR”

Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

Hüseyn Salamov məhkəmədə ifadəsində bildirib ki, Avropa Oyunlarında sərnişindaşımada iştirak edən sürücülərin siyahısı keçmiş MTN-də və Xüsusi Dövlət Mühafizə Xidmətində yoxlamadan keçib. Birinci yoxlama nəticəsində MTN 286 sürücünün adını siyahıdan çıxarıb ki, onların arasında Vəli Əhmədov da olub. Təkrar yoxlamadan sonra MTN-in göndərdiyi yekun siyahıda isə adı çıxarılanlar arasında Vəli Əhmədov olmayıb.

Sürücü Vəli Əhmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs məcburi köçkündür, yataqxanada məskunlaşıb, günahını da etiraf edir və səmimi peşmandır. Vəkilin sözlərinə görə, onun ittiham olunduğu CM-nin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir və verilən cəza da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir:

"Amma Vəli Əhmədov bir il bir aydır ki, həbsxana rejimində saxlanılır. Xahiş edirəm, bu müddəti yetərli hesab edəsiniz və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha az cəzanı verərək, çəkdiyi cəza ilə kifayətlənib azadlığa buraxasınız".

“CƏZALANDIRILIB”

Görüntüləri yaymaqda təqsirləndirilən polisin vəkili isə ona bəraət verilməsini istəyib: "Elçin Həsənov bu hadisədən sonra işdən çıxarılıb və cəzalandırılıb. Onun görüntüləri yaymaqla dövlətin, Avropa Oyunlarının nüfuzuna xələl gətirmək istədiyi barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil".

Məhkəmə prosesi iyulun 11-də digər vəkillərin çıxışı ilə davam edəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

XS
SM
MD
LG