Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:30

Daha 4 bankın lisenziyası alındı


Zaminbank
Zaminbank

«Dekabank», «Kredobank», «Parabank» və «Zaminbank» bağlandı

ƏMANƏTLƏRİ QAYTARMAQDAN ÖTRÜ KREDİT ALINACAQ

Lisenziyası ləğv edilən 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödəməkdən ötrü Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.

APA-nın xəbərinə görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov iyulun 22-də keçirdiyi mətbuat konfransında deyib.
Onun bildirməsinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manatdır: «Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizim bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 milyon manata ehtiyacımız var. Bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik».

A.Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80 faizi xarici, 20 faizi milli valyutadadır.

+++

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının iyulun 21-də verdiyi qərar ilə «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyası ləğv edilib.

Palata bildirir ki, bu addımı həmin banklar aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə və mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına görə atıb. Bundan başqa, təhrif olunmuş hesabatların təqdim edilməsi, bütövlükdə cari fəaliyyətin etibarlı və prudensial qaydada idarə edilməməsi də həmin bankların lisenziyasının ləğvinin səbəbləri kimi göstərilir.

Palata habelə bildirir ki, həmin banklar nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməyiblər.

Məlumatda həmçinin qeyd edilir ki, qərar bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

Palata bildirir ki, «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır. Banklarda 40 min 700 əmanət hesabı mövcuddur. Qorunan əmanətləri Fond ödəyəcək.

Hələlik sözügedən bankların bu qərara münasibəti açıqlanmayıb.

Bu ilin əvvəlində də Azərbaycanda 7 bankın lisenziyası ləğv edilmişdi. Sonradan onların birinin- «NBC Bank»ın lisenziyası bərpa olundu.

Buna da bax: 17 banka borcu olan adam

17 banka borcu olan adam
Gözlə
Embed

No media source currently available

0:00 0:04:31 0:00

140 MİLYON NECƏ OLACAQ?

MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında lisenziyası ləğv edilən banklar haqqında danışıb.

R.Aslanlı deyib ki, qorunan əmanətləri sığorta fondu qaytaracaq: «Lisenziyası ləğv olunan 4 bankda əhalinin 140 milyon 300 min manat qorunan əmanəti var. Bu vəsaiti Əmanətlərin Sığortalanması Fondu qaytaracaq. Belə ki, adıçəkilən banklar fondun üzvüdür. Lazım olarsa, Mərkəzi Bank likvidlik dəstəyi göstərəcək».

XS
SM
MD
LG