Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:45

Tanınmış müharibə filmləri rejissoru bu dəfə İŞİD-dən film çəkir


İŞİD silahlıları Suriyada.
İŞİD silahlıları Suriyada.

-

Britaniyanın "National Geographic Channel" televiziyasıyla "Channel 4" TV-sinin birlikdə əməkdaşlığı ilə İŞİD haqda dörd seriyalı film çəkilir. Filmin rejissoru və ssenaristi Peter Kosminsky-dir

""National Geographic" həmişə müharibənin çətinliklərini diqqətdə saxlayıb, müharibə mövzusu bizim sənədli filmlərdə xüsusi yer tutur" - deyə televiziyanın təmsilçisi Carolyn Bernstein "Variety magazine" yə bildirib.

Bunda da bax: "Stalin Sovet dövlətini kinoyla idarə edirdi"

Film gənc ingilis qız və oğlanların İŞİD-ə qoşulmaq üçün Suriyaya yola düşməsi ilə başlayır.

"Bizim ssenearimiz İŞİD-ə yeni qoşulmuş gənc oğlanın başına gələnlərdən bəhs edir, onun cəsarətli addımları bizə müasir dövrün ən dəhşətli quruluşunu göstərməyə imkan verir" - deyə Carolyn Bernstein fikrini tamamlayır.

Bunda da bax: "Azərbaycanlı qadın uşaqlarını da götürüb Suriyaya gedib..."

Film 2017-ci ildə ekrana çıxacaq. Hələlik filmin adı və orda oynayacaq aktyorlar bəlli deyil.

İngilis rejissoru Peter Kosminsky. Onun çəkdiyi filmlərin əksəriyyəti müharibədən bəhs edir.
İngilis rejissoru Peter Kosminsky. Onun çəkdiyi filmlərin əksəriyyəti müharibədən bəhs edir.

İŞİD haqda filmin rejissoru Kosminsky müharibə mövzusunda tez-tez müraciət edir. Onun "Britz" dramı "Ekiz qüllələr" terrorundan sonra radikallığa yuvarlanmış Britaniyalı müsəlman ailəsindən bəhs edir. Digər filmi "Vəd" İsrail-Fələstin qarşıdurması fonunda iki gəncin sevgi hekayətini təsvir edir. Kosminsky-nin digər filmləri "Dövlət inspektoru" və "Döyüşçülər" də müvafiq olaraq İraq və Bosniya müharibələrindən bəhs edir.

XS
SM
MD
LG