Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:18

Əli Kərimli: - 'Hər şey xalqın öz seçiminə qaldı'


Əli Kərimli
Əli Kərimli
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00
Direct-ə keçid

AXCP sədri Əli Kərimli deyir ki, Konstitusiya Məhkəməsi gözlənən qərarı verib: «Konstitusiya Məhkəməsi formal bir qurumdur. Siyasi hakimiyyətin diktəsi ilə oturub durur. Aktda bəzi müddəalar Konstitusiya zidd olsa da, güman edirdik ki, Konstitusiya Məhkəməsi cəsarət edib ona «yox» deməyəcək. Gözlədiyimiz oldu».

Ə.Kərimli deyir ki, AXCP maraqlı tərəf kimi Plenumda onların da iştirak etmələrinə şərait yaradılmasını istəmişdi, ancaq bu imkan onlara verilmədi: «Növbəti dəfə sübut olundu ki, Azərbaycanda heç bir müstəqil məhkəmə hakimiyyətindən söhbət gedə bilməz. Yəqin ki, Milli Məclis növbədənkənar seçki keçirib referendum günü təyin edəcək».

Buna da bax - Konstitusiya Məhkəməsi referenduma müsbət rəy verdi

«ARTIQ MONARXİYA HÜQUQİ BAZA ƏSASINDA FORMALAŞACAQ»

Konstitusiyanı müdafiə etməkdən ötrü hüquqi yolların tükəndiyini deyən Əli Kərimlinin fikrincə, artıq «yox» deməyə yeganə qadir qüvvə xalqdır. Onun sözlərinə görə, ölkədə hüquqi, respublika prinsiplərini bərpa etməyin tək bir yolu qalıb: «Biz AXCP və Milli Şura olaraq əlimizdən gələni edəcəyik ki, Azərbaycanda ümumxalq hərəkatı başlasın. Açıq demək lazımdır, artıq hər şey xalqın öz seçiminə bağlıdır. Artıq bu prosesi xalqın özündən başqa durduracaq qüvvə yoxdur. Xalqımız prosesə əl qoymayana qədər ölkədə monarxiya öz hüquqi bazası əsasında formalaşacaq».

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

İyulun 18-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilib.

Bu gün - iyulun 25-də isə Konstitusiya Məhkəməsi Akta müsbət rəy verib.

Həmin Aktda Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Onlar hesab edir ki, bu dəyişikliklərlə prezidentin ailə üzvləri və yaxınları hakimiyyət idarəçiliyinin yüksək pillələrinə gətiriləcək.

XS
SM
MD
LG