Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Hadi Qaraçay: İran mediasında türklərə qarşı təhqirlər təsadüfi deyil


Hadi Qaraçay
Hadi Qaraçay

-

Mühacirətdə yaşayan İran azərbaycanlısı şair və yazar Hadi Qaraçay. Son günlər İranın "Tarhe no" qəetində növbəti dəfə azərbaycanlıları təhqir edilməsi, İran höküməti və ziyalılarının bu məsələyə münasibəti və s. mövzularda Oxu Zalına danışıb.

- Hadi bəy, bu yaxında öyrəndim ki, siz artıq İrandan qürbətə yollanıbsınız. Son illər həm o taydan, həm bu taydan çoxlu yazar, şair vətəni tərk edib gedir. Ümumiyyətlə bu ənənə Azərbaycanın tarixində tez-tez qarşımıza çıxır. Bəs sizin ölkənizi tərk etmə səbəbiniz nə oldu?

- Mən İranı öz ölkəm bilmirəm. Oranı siyasi nədənlərdən tərk etməli oldum. Çoxdanın, hardasa 20 ilin sözüdür.

Buna da bax: "Fəhlənin ləzzətlə işdən ayrılmasıymış azadlıq"

- Bəs mühacirət necə bir şeydir yaradıcı adam üçün. Bundan sonra qürbət şeirləri yazırsınızmı?

- Nəbi Xəzrinin yaxşı bir sözü var: “qurbət öldürmür, alçaldır adamı!” Mənim üçün bu 20 il çox ağır illər olubdur. Düzü maddi imkanlarım İranda yaşadığım

Şair Hadi Qaraçayın Bakıda çıxmış kitabı.
Şair Hadi Qaraçayın Bakıda çıxmış kitabı.

illərdən daha yaxşı olmasına baxmayaraq, istər emosiya adlandırın, hissiyat deyin mənim göylum, mənim könlüm oralarda qaldı. Hər zaman oranı düşündüm və "Badamlıqlar" adlı kitabım yalnız bu geriyə boylanıb baxan Mənin səsidir.

- Hadi bəy, bir neçə gün öncə İranın “Tarho no” qəzetində Azərbaycanlılara qarşı aşağılama dolu bir yazı çıxıb. Qəzetin redaktoru Məhəmməd Rza Rəbbani deyir ki, türklərə qarşı aşağılamalar əslində Firdovsinin “Şahnamə”sindən götürülüb. Doğurdanmı Firdovsi türk hökmdarın dövründə türklərə qarşı belə şeylər yaza bilib?

- Firdovsi gerçəkdən də irqçı biri olubdur. Türklərə, ərəblərə və gənəl olaraq fars olmayan bütün başqa xalqlara qarşı çox pis, çirkin, irqçı fikirləri var. Bu siyasi hakimiyətə fars millətçiləri gəldikdən sonra da bir gələnək kimi sürdürülür. İstər şah dönəmində, istərsə mollaların siyasi hakimiyətində fars olmayan bütün xalqlara özəlliklə də türklərə qarşı çox ciddi, çox dərin, təşkilatlanmış bir formada əritmə, assimilasiya siyasəti yürüdülüb və yürüdülməkdədir. Təvvür edin bu günün ictimai məişətində böyük şəhərlərdə yaşayanlar uşaqlarını 1 yaşından tutmuş 6 yaşına kimi uşaq baxçalarına tapşırmalı olurlar. Uşaqlara öz dillərində heç nə öyrədilmir, onlar hansı

İranda qəzetlərinin birində Azərbaycanlıları tarakana bənzədən karikaturanın müəllifi Mana Neyestani.
İranda qəzetlərinin birində Azərbaycanlıları tarakana bənzədən karikaturanın müəllifi Mana Neyestani.

şəhərdə aşamalarından asılı olmayaraq farslaşırlar. Bu sistem artıq kiçik şəhərlərə də yol tapıb. Azərbaycanın ən ucqar şəhrcikləridə belə uşaqlar get gedə farslaşdırılırlar. Bütün bunlara bir də pisxolojik bir savaşı da artırın. Mana Neyestaninin karikaturasını, "Fitilə" verilişinin və ən sonuncu bu "Tərhe No" dergisinin üçünün də izləyicisi uşaqlar olduğu qətiyyən fövqəladə bir şey, ya da təsadüfi deyildir. Biz bir Türk olaraq İranda ölüm dirim savaşındayıq. Bu gün Zəncan şəhərində qaldırılan afişaların birində “ Biz diri qalmaq istəyirik!” şüarı da gözlənilməz bir şüar deyildir.

Buna da bax: "İranda azərbaycanlılar təhqiramiz verilişə etiraz edirlər- [Video]"

- İranda azərbaycanlılara və ümumən türk kökənlilərə qarşı İran mediası tərəfindən dəfələrlə aşağılamalar olub. Sizcə hökümətin ciddi senzurası və nəzarəti altında bu baş verənlər neqativ hallar hökümətin mövqeyini əks etdirir, yoxsa bu sadəcə media rəhbərlərinin diqqətsizliyi, başısoyuqluğudur?

- Yuxarıdakı sorğunu yanıtlarkən bu sorunuza da görüşümü bildirmişəm deyə düşünürəm. Bütün bunlar İran dövlətinin rəsmi mövqeyi və təşkilatçılığı ilə aparılan siyasətidir. Mana Neyistaninin iyirənc karikaturasını sonra çox ağır

İranda çıxan "Tahre no" qəzetinin "Bizim İran" səhifəsində həm türklər, həm də qadınlar təhqir olunub.
İranda çıxan "Tahre no" qəzetinin "Bizim İran" səhifəsində həm türklər, həm də qadınlar təhqir olunub.

gərginliklər yaşayan Türk toplumunu sakitləşdirmək üçün onu ölkədən çıxartdılar sonra da ona Birləşmiş Millətlər Təşkilatının “siyasi karikatura” mükafatını verdirdilər. "Fitilə" verilişində türklərə qarşı proqram hazırlayanlar iki gün öncə İran dövlətinin bəlli orqanlarından ən yaxşı TV proqramı adına mükafat aldılar. Bu "Tərhe No" dergisində alçaldıcı mətni yazan əxlaqsız da bu gün sabah başqa bir münasibətlə mükafatlandırılıacaqdıq. İran dövləti Türklərin əridilməsi üçün belə yollarla çalışır.

Buna da bax: "Güneylə bağlı xəbərlər də ardıcıl şəkildə öz əksini tapmır".

- İrandan olan azərbaycanlı ziyalılarən bir qrupu İran azərbaycanlılarının İran dövlətini parçalamağa can atdığını deyirərk bunu pisləyir, ya da İran mediasının və hökümətinin etinasız münasibətinin türk və fars xalqının birlikdə yaşaya bilmədiyinin sübutu kimi göstərir. Siz hansı fikrin tərəfdarısınız?

- Mənim üçün Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən savaş var. Mən də bu savaşda özümü bir əsgər bilirəm. Biz İranda azad bir Azərbaycan uğrunda savaşırıq. Bizə bölücümü, pantürkistmi, millətçimi, nə deyirlər desinlər. Bu adlandırmaların heç biri bizi tutduğumuz azadlıq yolundan caydırmayacaqdır.

- Bu yaxınlarda dünyasını dəyişmiş rejissor Abbas Kiarostaminın filmlərində biz tez-tez Azərbaycanca dialoqlar görmüşük, sonradan bir çox İran rejissorunun filmlərində azərbaycanca dialoqlar, şeirlər, mahnılara yer verilirdi. Bunu müəyyən anlamda İrandakı Azərbaycan dilinə və xalqına hissiyyatlılıq hesab edənlər də var. Siz necə düşünürsünüz İranda fars ziyalıları arasında Azərbaycanlıların durumuna hissiyyatlı, həmrəy adamlar varmı və bu barədə bəyanatlar olurmu?

- Mən ziyalı kimə deyirəm? Mənim üçün ziyalı deyəndə onun iqtidarla çox aydın, sərt, barışmaz bir siyasi görüçünün olmasıdır. İqtidarı bu ya başqa keyfiyyətdə dəstəkləyən hər kəs siyasi adam ola bilər, xeyirxah, nə bilim, müsbət karakterli insan ola bilər ancaq ziyalı olanmaz. İranda hələ bu günə kimi fars olmayan xalqların siyasi azadlığını savunan heç bir fars dilli sənət, mədəniyyət adamı tanımamışam. Kiyarüstəmi də onların içində. Bu baxımdan başqa xalqlara basqılara səsini çıxartmayan adamları ziyalı adlandıra bilmərəm.

XS
SM
MD
LG