Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:22

Neft fondunun yeni hesabatında maraqlı nə var?


Azərbaycan Dövlət Neft Fondunun inzibati binası
Azərbaycan Dövlət Neft Fondunun inzibati binası

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2016-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.

İqtisadçı Qubad İbadoğlu Fondun builki fəaliyyətində diqqəti çəkən 5 önəmli məqama toxunub.

Manatla artım, dollarla azalma

«Birincisi, bu ilin birinci yarısında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri manatla 24,6 faiz artaraq 301,5 milyon manata bərabər olub. Ancaq dollarla qazancı 18 faiz azalaraq 188,5 milyon təşkil edib. Halbuki, ötən ilin eyni dövründə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri həmin dövrə olan məzənnə ilə 230 milyon dollar idi», - Q. İbadoğlu yazır.

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

İqtisadçı Qubad İbadoğlu
İqtisadçı Qubad İbadoğlu

İqtisadçı xatırladır ki, ADNF-nin investisiya portfelinin 79,6 faizini istiqrazlar, pul bazarı alətləri, 11,1 faizini səhmlər, 5,5 faizini daşınmaz əmlak və 3,8 faizini isə qızıl təşkil edib. Aktivlər arasında ən yuxarı gəlir əmlak, ən aşağı gəlir isə istiqrazlar və pul bazarı alətlərində qeydə alınıb.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

ADNF-nin aktivlərinin 45 faizi Avropa, 27 faizi Asiya/Sakit okean, 23 faizi Şimalı Amerika dövlətlərindədir.

Büdcəyə transferlər azalıb

İkinci məqama toxunan iqtisadçı yazır: «ADNF-dən 2016-cı ildə 1 milyard 760 milyon manat və ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə az vəsait dövlət büdcəsinə transfer edilib. Nəticədə bu ilin dövlət büdcəsində neft gəlirlərinin payı, eləcə də dövlət büdcəsinin Neft Fondundan asılılığı azalıb».

Buna da bax: İqtisadçıdan 'SOS' siqnalı

Fondun idarə edilməsi xərcləri azalıb

Qubad İbadoğlu üçüncü məqam kimi qeyd edir ki, bu ilin 6 ayı ərzində ADNF-nin idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat olub. Bu ötən ilin eyni dövrünün xərclərinin 62 faizinə bərabərdir. İqtisadçın fikrincə, ADNF-nin idarə edilməsi ilə bağlı xərclərinin azalması onun yeni inzibati binaya köçəndən sonra icarə xərclərinin ixtisar olunması və mövcud vəsaitlərindən rasional istifadəsinin göstəricisi sayıla bilər.

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

Neft Fondunun aktivlərinin 45 faizi Avropa, 27 faizi Asiya/Sakit okean, 23 faizi Şimalı Amerika dövlətlərindədir.

Büdcədən kənar xərc artıb...

«Dördüncüsü, bu il valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə, ADNF-nin büdcədənkənar xərci yaranıb. Bu 65,4 milyon manat təşkil edib. Ancaq əksinə ötən il Fondun 8 milyard 13 milyon manat büdcədənkənar gəliri olub. Bu il ADNF-nin büdcədənkənar xərcinin yaranmasının başlıca səbəbi il ərzində Breksit hadisəsi ilə əlaqədar olaraq funt sterlinq və avronun məzənnəsində baş verən dəyişikliklərlə izah oluna bilər», - iqtisadçı yazır.

Fondun vəsaiti azalıb

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

Sonuncu məqama toxunan Q. İbadoğlu qeyd edir ki, bu ilin 6 ayı ərzində keçən ilin eyni dövrünə nisbətən Fondun aktivləri 665 milyon ABŞ dolları və 1,85 faiz azalıb. İndi fondun aktivləri 35 milyard 118 milyon ABŞ dollarına bərabərdir. 2016-cı il iyulun 1-də Fondun aktivləri 2016-cı ilin əvvəli ilə müqayisədə isə 4,6 faiz artıb.

Buna da bax:

Neft Fondunu milli vəsaiti necə qoruyur?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

XS
SM
MD
LG