Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:32

Prezident Qəbələ və İsmayıllıda- [Fotolar]


-

"ASAN xidmət təcrübəsinin tətbiqi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də genişlənir. Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib. Bu ölkə ilə dövlət xidmətlərinin göstərilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb. “ASAN xidmət”in bu ölkədə tətbiqi razılaşdırılıb."

Prezident İlham Əliyevin Qəbələdəki “ASAN xidmət” mərkəzinin açılışında bu haqda məlumat verilib.

Xəbəri prezidentin rəsmi internet saytı yayıb.

Buna da bax: Nigar Yaqublu danışır: ASAN Xidmət nikah mərasimindən niyə imtina edir?

Açılış zamanı bildirilib ki, yeni mərkəz Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan ümumilikdə 902 min 435 vətəndaşa xidmət edəcək.

Mərkəzdə 200 nəfər çalışacaq ki, onların 45-nin könüllü olduğu bildirilir.

“ASAN xidmət” televiziyada təşviq ediləcək

Ölkə başçısı mərkəzdəki xidmətlərlə tanış olub. Prezidentə məlumat verilib ki, bundan sonra Azərbaycana idxal ediləcək bütün smart televizorlara istifadəyə hazır xüsusi proqram tətbiq ediləcək. İnsanlar televizor vasitəsilə ASAN Radionu dinləyəcək, “ASAN xidmət”in fəaliyyəti barədə bilgi alacaqlar.

Ölkə başçısı Qəbələ səfəri çərçivəsində həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Otellər və istirahət mərkəzləri...

O, daha sonra Qəbələdə həyata keçirilən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.

Prezident inşası davam edən “Qafqaz Akva Lənd” otelinə, “Qafqaz Daymond Akvapark ”ına, “Qəbələnd” əyləncə mərkəzinə və “Qəbələ Qolf Villaları” istirahət mərkəzinə baş çəkib.

Prezident İsmayıllıda

İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa vuraraq İsmayıllı rayonuna gəlib.

AZƏRTAC-ın xəbərinə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov prezidentə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.

Prezident Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

APA-nın xəbərində də qeyd edilir ki, dövlət başçısı “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, İsmayıllı su elektrik stansiyasının bütünlükdə gücü 3,2 meqavata bərabər olacaq.

Azadlıq.info saytı xəbər verir ki, prezident Qəbələ və İsmayıllı rayonlarına gedərkən Bakının çıxışında maşınların hərəkatı dayandırılıb. İnsanlar istidə saatlarla maşınlarında gözləməli olublar.

XS
SM
MD
LG