Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:21

Yenə “QKÇP” olsa, rusiyalıların yarısı ölkəsinin müdafiəsinə qalxmayacaq


Arxiv fotosu
Arxiv fotosu

"Levada" Mərkəzinin sorğu nəticələrinə görə, Rusiya vətəndaşlarının 1/3-indən çoxu 25 il öncə baş vermiş hadisələri "sadəcə, hakimiyyət uğrunda mübarizənin bir epizodu" sayır.

Respondentlərin yarıya yaxını “QKÇP”ni xatırlamır

Rəyi soruşulanların yalnız 16 faizi 1991-ci ilin avqust qiyamı təkrarlanarsa, Rusiyada demokratiyanın müdafiəsinə qalxacağını bildirib. Vətəndaşların 44 faizi buna bənzər çevriliş cəhdi olarsa, küçələrə çıxmayacağını söyləyib.

Rəyi soruşulanların 48 faizi 25 il əvvəl baş vermiş hadisələri xatırlamır, yarısı isə (50 faizi) həmin olayları dəyərləndirməkdə çətinlik çəkir.

BUNU DA OXUYUN: QKÇP: Moskva çevrilişinin Bakı əks-sədası [Video]

Rəyi soruşulanların 16 faizi əmindir ki...

Respondentlərin 1/3-dən çoxu (9 faizi "kəskin mənfi" olmaqla bütövlükdə 35 faizi) 1991-ci ilin avqust qiyamının təşkilatçılarına mənfi münasibət bəslədiyini deyib.

Ancaq rəyi soruşulanların 16 faizi əmindir ki, “QKÇP” hakimiyyəti ələ keçirə bilsəydi, şəxsən onlar "daha yaxşı yaşayardılar" (“QKÇP” deyərkən, Dövlət Fövqəladə Vəziyyət Komitəsi nəzərdə tutulur. Qısaltma ad həmin komitənin rusca adının baş hərflərindən yaranıb – red.).

Respondentlərin 35 faizi çevriliş cəhdini "sadəcə, ölkə rəhbərliyində hakimiyyət uğrunda mübarizənin bir epizodu" sayır. Sorğuya qatılanların 30 faizi isə çevriliş cəhdini "ölkəyə və xalqa ölümcül nəticəli faciəli hadisə" olduğunu düşünür. Yalnız 8 faiz 1991-ci il hadisələrini "Sov.İKP hakimiyyətinə son qoymuş demokratik inqilabın qələbəsi" adlandırıb.

BUNA DA BAXIN: Uğursuz QKÇP çevrilişinin dərsləri

Cəmi 3 gün sürdü

SSRİ-də avqustun 19-da baş vermiş dövlət çevrilişinin ömrü cəmi 3 gün sürüb. Ölkə prezidenti Michail Gorbachov Krımda dincəlməsindən yararlanan mühafizəkar hökumət üzvləri Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (“QKÇP” adıyla məşhurdur) yaradıldığını elan ediblər. “QKÇP” əsas dövlət idarəçiliyi funksiyasını öz üzərinə götürərək, ölkədə siyasi azadlıqları məhdudlaşdırıb və senzura tətbiq edib. Boris Yeltsin başda olmaqla RSFSR-in ali hakimiyyət orqanları çevrilişçilərə dirəniş göstəriblər.

XS
SM
MD
LG