Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:04

Hesablama Palatası dövlət qurumlarında nöqsanlar aşkarlayıb


Manat
Manat

Salyan rayon İcra Hakimiyyətində büdcə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verilib.

Bu haqda Hesablama Palatasının auditlər haqda məlumatında bildirilir.

Məlumatlar 2013-15-ci illəri və 2016-cı ilin 1-ci rübünü əhatə edən audit rəylərinə aiddir.

Palata bildirir ki, Salyan rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar büdcə proqnozlarını tərtib edərkən, lazımi normaları nəzərə almayıblar. Ağac və əkin materiallarının alınmasında pozuntulara yol verildiyi müəyyən edilib. Bir sıra hallarda faktiki işləməyən işçilərə əməkhaqqı hesablanıb. Uçot işlərində də pozuntular olub.

Palata bildirir ki, nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Palatanın məlumatında Şirvan rayon İcra Hakimiyyətində, İmişli, Lənkəran təhsil şöbələrində, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında da nöqsanlara yol verildiyi bildirilir.

XS
SM
MD
LG