Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır 


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

-

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında baxış keçiriblər.

“Report” bu xəbəri Ombudsman Aparatının mətbuat xidmətinə istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanan Elgiz Qəhrəman, Bayram Məmmədov və Qiyas İbrahimovla təkbətək görüşüblər.

“MPQ-nin həkim üzvünün iştirakı ilə E. Qəhrəmanın baş və bütöv bədən səthinin vizual müayinəsi keçirilib. Hər hansı xəsarət müşahidə olunmayıb və yekunda tərtib olunmuş aktda özü də bunu imzası ilə təsdiqləyib. Tibbi kitabçasına baxış zamanı həmin şəxsin Bakı istintaq təcridxanasında ilkin tibbi müayinədən keçirildiyi və müayinə zamanı bütün bədən səthində xəsarət izi aşkar edilmədiyi məlum olub”-deyə məlumatda qeyd edilir.

Elgiz Qəhrəmanın vəkili Nemət Kərilmli isə MPQ üzvilərinin açıqlması ilə razılaşmır.

Buna da bax: Elgiz Qəhrəman həbsdə qaldı

Vəkil: “Elgiz Qərəman özü deyir ki, göyərən yerlərə xüsysu mazlar çəkiblər ki, xəsarətizi qalmasın”.

Qiyas İbrahimov və Bayram Məmmədov
Qiyas İbrahimov və Bayram Məmmədov

“Elgiz Qəhramanın deməsinə görə, ona işgəncə verilib. Bu olub avqustun 12-də, Ombudsmanın Aparatının adamları isə onunla avqustun 19-da görüşüblər. Elgiz Qərəman özü deyir ki, göyərən yerlərə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsysu mazlar çəkiblər ki, xəsarətizi qalmasın”.

Elgiz Qəhrəman avqustun 12-də saxlanmışdı.

Avqustun 15-də bəlli olmuşdu ki, Nərimanov Rayon Məhkəməsi bundan iki gün öncə (avqustun 13-də) NİDA-çı gənc barəsində 4 aylıq həbs qərarı verib.

Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.

Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yaymışdı.

Adı çəkilən digər iki gənc Bayram Məmmədov və Qiyas İbrahimov isə bu il mayın 10-unda saxlanmışdılar.Narkotikdə ittiham edilən bu ik gənc də onlara işgəncə verildiyini bildirirdilər.Ancaq Ombudsam Aparatnın üzviləri onda da gənclərlə görüşərək işgəncə halları ilə rastlaşmadıqlarını açıqlamışdılar.

Halbuki, bir qədər sonra gənclərlə BMT müfəttişləri də görüşmüşdü.Onlar isə keçirdikləri mətbuat konfransında gənclərin üzərində xəsarət izlərinə rast gəldiklərini bildirmişdilər. Bayram Məmmədov və Qiyas İbrahimovin keçmiş president heydər Əliyevin abidəsi üzərinə etiraz şuarları yazıldığına görə, həbs edildikləri güman edilir.

XS
SM
MD
LG