Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:39

Bu ilki Venesiya Film Festivalında nələr var...


İtalyada 67-ci Venesiya Film Festivalından bir kadr.
İtalyada 67-ci Venesiya Film Festivalından bir kadr.

-

Bu ilki Venesiya film festivalında nələr var

Venesiyanın Lido yarımadasında keçirilən dünyanın ən qədim kinofestivalı bu il 73-cü dəfə keçiriləcək. Festival avqustun 31-i başlanıb, sentyabrın 10-u bitəcək. Festival ABŞ istehsalı “La La Land” (Aşiqlər şəhəri) müzikli ilə açılacaq.

Bu ilki festivalda bir türk filmi də iştirak edir, bu Reha Erdem-in “Böyük dünya” (Big Big World) filmidir.

Buna da bax: "Venesiya Film Festivalının rəhbəri türkləri tərifləyir"

Almaniya bu festivala rejissor Wim Wenders-in “Les Beaux Jours d'Aranjuez” filmiylə qatılıb. Film yayda birlikdə səfərə çıxan qadınla kişinin münasibətlərindən bəhs edir.

Rus rejissor Andrei Kontchalovskiy.
Rus rejissor Andrei Kontchalovskiy.

Bu ilki festivalda əfsanəvi rus rejissoru Andrei Kontchalovsky də iştirak edir. Onun “Paradiese” (Cənnət) filmi ikinci dünya müharibəsindən bəhs edir. Müharibə illərində mühacir rus qadın Olqa fransız Jül-lə sevgi yaşayır. Filmin baş rolunu elə Kontchalovsky-nin arvadı Yuliya Visochskaya oynayır.

Bu il Fransadan festivalda iştirak edən rejissor François Ozon-un filmi “Frantz” da Birinci dünya müharibəsindən bəhs edir. Filmdə müharibədən sonra ərini itirmiş dul almaq qadınlar müharibədə vuruşmuş fransız əsgər arasındakı sevgidən söhbət gedir.

Bu il festivalda cəmi iki qadın rejissor iştirak edir, biri İranmənşəlli ingilis ssenarist və rejissor Ana Lily Amirpourdur, o festivalda “The Bad Batch” qorxu filmi ilə iştirak edir. Digər rejissor isə italyalı Martina Parantidir, o festival “Spira Mirablis” filmi ilə qatılıb.

Festivalda müharibə filmləri daha çoxdur

Bu ilki Venesiya festivalında müharibənin dəhşətlərindən bəhs edən filmlər çoxluq təşkil edir. Belə ki, tanınmış bosniya-serb rejissoru Emir Kusturica 10 illik aradan sonra ilk dəfədir “On the Milky Road” (Süd yolu ilə) filmiylə qatılıb. Filmdə Bosniya müharbəsi əsnasında yaşanan sevgi hekayəsi təsvir olunur.
Avstraliyalı rejissor Mel Gibson da uzun aradan sonra müharibədən bəhs edən “Hacksaw Ridge” filmi ilə festivala qatılacaq. Mel Gibsonun filmi İkinci dünya müharibəsində Okina adasında bir admerika əsgərinin 75 əsgəri necə xilas etməsindən bəhs edir.

Buna da bax: "Qarabağlı «Nabat»ı Venesiya necə qarşıladı?"

Həmçinin bu il festivalın proqramından kənarda iki müharibə filmi daha göstəriləcək. Bunlardan biri ukraynalı rejissor Sergey Loznitsa-nın İkinci Dünya Müharibəsində faşist düşərgələrində baş verənlərdən bəhs edən “Austerlitz” filmi. Digəri isə faşistlərin tanınmış rejissoru alman Veit Harlan-ın 1944-cü ildə çəkdiyi “Opferganan” filmi yenidən bərpa olunaraq göstəriləcək.

2014-cü ildə Venesiya film festivalında iştirak edən "Nabat" filminin baş rol ifaçısı Fatima Arya və rejissoru Elçin Musaoğlu.
2014-cü ildə Venesiya film festivalında iştirak edən "Nabat" filminin baş rol ifaçısı Fatima Arya və rejissoru Elçin Musaoğlu.

Xatırladaq ki 2014-cü ildə bu festivalda Azərbaycan rejissoru Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi kinofestivalın “Horizontlar” (Orizzonti) proqramında nümayiş olunmuşdu.

Mənbə: labiennale.org

XS
SM
MD
LG