Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:00

Ermənistan beşinci dəfə "Oscar"a film göndərir


Sarik Andreasyanın "Zəlzələ" filmindən bir kadr.
Sarik Andreasyanın "Zəlzələ" filmindən bir kadr.

-

Ermənistanın milli kinoakademiyası 2016-ci ildə keçiriləcək 89-cu “Oscar” mükafatı yarışmasının “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə bu ölkənin istehsalı olan “Zəlzələ” filmini yollayacaq. Bu haqda "Panarmenian" agentliyi xəbər yayıb.

Buna da bax: "Gürcüstan ikinci ildir "Oscar"a film göndərir"

Rejissor Sarik Andreasyan-ın çəkdiyi “Zəlzələ” filmi 7 dekabr 1988-ci ildə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən bəhs edir. “Spitak zəlzələsi” adlandırılan zəlzələ Ermənistanın şimal-qərbində 7 bal gücündə baş verib və 25 min insanın həlak olması, 500 min insanın evsiz qalması ilə nəticələnib. Filmdə hadisələrin baş verdiyi şəhər Leninakan da zəlzələdən əziyyət çəkən yaşayış məntəqələri arasındadır.

Filmin əsas hissəsi fəlakətdən sonrakı hadisələrə: şəhərin dağılmasına, insanların qohumlarını itirməsinə, xilasetmə əməliyyatına həsr olunub. Film Leninakanda yaşayan iki qəhrəman 25 yaşlı erməni Robert və rus inşaatçı Andrey arasındakı münasibətdən bəhs edir.

Buna da bax: "Oskara layiq film çəkmək üçün Azərbaycanda pul yoxdu…"

Xatırladaq ki, Ermənistan 2001-ci ildən bəri "Oscar"a film göndərir və bu il artıq beşinci dəfədir "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oscar"

Sarik Andreasyan-ın "Zəlzələ" filminin treyleri.
XS
SM
MD
LG