Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:36

Azərbaycanda pambıq yığımı sürət götürüb...


Saatlıda pambıq tarlası, 09okt2016
Saatlıda pambıq tarlası, 09okt2016

Azərbaycanda pambıq yığımı sürət götürüb. Oktyabrın 10-na olan məlumata görə, plantasiyalardan 27 min ton - ötən ildəkindən 43,4 faiz çox məhsul yığılaraq, emal müəssisələrinə təhvil verilib.

Yığılan pambığın hər kiloqramına...

Dövlət Statistika Komitəsi (DSK) mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev AzadlıqRadiosu-na deyib ki, Saatlıda 4 min 169 ton, Biləsuvarda 2 min 959 ton, Sabirabadda 2 min 884 ton, Ağcabədidə 2 min 580 ton pambıq yığılıb. Məhsulun təxminən yarısı bu 4 rayonun payına düşür.

Buna da bax:​ Saatlı pambıqçıları: 'Bu, qul əməyidir...'

Azərbaycanda bu il 24 rayonda – bütövlükdə 52 min hektar sahədə pambıq əkilib. Əvvəlki ilə nisbətdə belə sahələr 2,8 dəfə genişlənib. Plantasiyaların yarısı Saatlıda (8 min 109 hektar), Sabirabadda (6 min 113 hektar), Biləsuvarda (6 min 40 hektar) və İmişlidədir (5 min 51 hektar).

Emalçılar bu il 100 min ton məhsul qəbul etməyi planlaşdırırlar.

Emal müəssisələrinin fermerlərlə bağladığı müqavilələrə əsasən, növündən asılı olaraq, pambığın kiloqramı 40-50 qəpikdən alınır. Üstəlik, pambıqçılığa dövlət dəstəyi kimi, bu ildən təhvil verilən pambığın hər kiloqramına 10 qəpik subsidiya ödəniləcək.

Buna da bax:​ Ölkəyə yeni, ABŞ istehsallı pambıqyığan kombaynlar gətirilir

«Pambıq yığmağa kimi məcbur etmək olar?»

Təhsil ocaqlarında və dövlət qurumlarında çalışanların pambıq yığımına məcburi cəlb edilməsi barədə ictimaiyyət arasında dolaşan xəbərlər sosial şəbəkələrdə də özünə yer tapır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev buma münasibət bildirərkən, AzadlıqRadiosu-na deyib ki, belə şayiələrin heç bir əsası yoxdur: «Sovet dövründə pambığı kolxoz və sovxoz əkirdi. İndi torpaq şəxsi mülkiyyətdədir. Pambıq yığmağa kimi məcbur etmək olar?».

Hazırda pambıq, əsasən, əllə yığılır. Kənd Təsərrüfat Nazirliyi «Aqrolizinq» ASC vasitəsilə dövlət hesabına alınan pambıqyığan kombaynların yaxın günlərdə gəlib çıxacağını bildirir.

XS
SM
MD
LG