Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:38

ABŞ seçkisinin nəticələri Azərbaycana nə vəd edir?


Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkilərinə artıq saatlar qalır. Adətən bütün qlobal siyasəti dəyişən ABŞ seçkisini Azərbaycanda da diqqətlə izləyəcəklər. Hər iki namizədi Azərbaycanda yaxşı tanıyırlar.

Bakıda respublikaçı milyarder namizədin adını daşıyan göydələn də var, hərçənd Donald Trump-ı bu binaya və Azərbaycanın məmur oliqarxları ilə münasibətlərinə görə ciddi tənqid ediblər.

Onun rəqibi demokrat Hillary Clinton isə Bakılda dövlət katibi qismində olub. Onlardan hansının seçilməsi Azərbaycana nə kimi bir fərq edə bilər.

Siyasi şərhçi Gültəkin Hacıbəyli deyir ki, Donald Trump-ın prezident seçilməsi bütün dünya üçün fəlakət ola bilər.

Onun sözlərinə görə, Hillary Clinton daha qətiyyətli bir prezident ola bilər.

Gültəkin Hacıbəyli hesab edir ki, Clinton-un seçilməsi dünya üçün kifayət qədər töhfələr verəcək. O cümlədən Qarabağ konfliktinin həllində də müsbət irəliləyişlər ola bilər.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, ABŞ-ın dövlət maraqları dəyişməyib, dəyişməyəcək. Ona görə də prezidentin kim olmasından asılı olmayaraq nə Qarabağ mövzusunda, nə də digər mövzularda müsbət nəticələrin olacağına inanmır.

Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə ABŞ-Azərbaycan münasibətləri dövlətlərarası münasibətlər kimi səciyyələndirilsə daha doğru olar.

Onun sözlərinə görə yeni prezident dövlətlərarası münasibətlərdə ciddi dəyişikliyə səbəb olmayacaq.

XS
SM
MD
LG