Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:42

Xalça ustasının həyat sərgisi açıldı


Sərgi
Sərgi

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyində Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş «L.Kərimov: Xalça sənətinə həsr olunmuş həyat sərgisi» adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgi Azərbaycan Xalça Muzeyində və Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyində saxlanılan L.Kərimov əsərlərini bir arada birləşdirir.

Sərgidə L.Kərimovun müəllifi olduğu 100-ə qədər xalça eskizləri, onların əsasında toxunan 15 xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunur.

Sərginin açılışında «Azərbaycan Xalça Muzeyinin kolleksiyasından L.Kərimovun əsərləri» adlı kitabın təqdimatı da keçirilib.

Kitabda muzeydə qorunan, L.Kərimovun müəllifi olduğu eskizlər və xalçalar (35 xalça və 100-dən çox xalça eskizi), Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan və indiyədək nümayiş olunmayan fotoşəkillər, sənədlər və məktublar dərc olunub.

Sərgi 2017-ci il yanvarın 18-dək davam edəcək.

Lətif Kərimovun yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edəcək.

XS
SM
MD
LG