Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:00

Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?


Rabitə və Yüksək Texnologiyalar nazirliyi
Rabitə və Yüksək Texnologiyalar nazirliyi

Sabirabad Telekommunikasiya Qovşağının sabiq rəisi Tapdıq Bağırov istintaqa ifadəsində deyib ki, 2010-cu il Kür daşqınlarından sonra “Aztelekom” MMC tərəfindən Sabirabad TKQ-nın hesabına 13 milyon 7 min manat köçürülüb. Bu pul qovşağın hesabından nağd çıxarılıb, 90 faizi “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova verilib, qalan 10 faizi isə fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına sərf olunub.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar nazirliyinin keçmiş əməkdaşları ilə bağlı ittiham aktında deyilir.

Buna da bax:​ ‘Rabitəçilər işi’ndə Eldar Mahmudovun oğlunun adı çəkilib

Baş mühasib Oktay Rüstəmov 10 milyondan çox vəsaiti necə mənimsəyə bilərdi?

Səfər Hüseynov: 'Deyir ki, 13 milyon mənlik deyil. 'Kim götürüb, kimin sifarişi ilə götürülüb', mənlik deyil'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Onun vəkili Səfər Hüseynov AzadlıqRadiosu-na deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir, ona irəli sürülən ittihamları da rədd edir.

– Elə bir şey yoxdur. Oktay Rüstəmov ittihamı qəbul etmir. Deyir ki, mən təqsirli deyiləm.

– Bəs həmin vəsait kimin tapşırığı ilə götürülüb? Niyə ittiham aktında onun adı yazılıb?

– Dəqiq deyə bilmərəm. Amma mühasib olduğundan onun da adı yazılıb orda.

Buna da bax:​ '2 milyon nazirə, milyonyarım da müavinə verdim'

– Sizcə, bu məsələdə onun günahı var?

– Deyə bilmərəm. Məhkəmədə sübut olarsa... Hələ nə deyim mən? Məhkəmə başlamayıb, indidən nə deyim? Hazırlıq iclası keçirilib, vəssalam. Zərərçəkənlər, şahidlər dindiriləcək, ondan sonra deyə biləcəyik həmin vəsaiti kim götürüb, nəyə görə götürüb.

– Bəs konkret 13 milyon manatın götürülməsi haqda nə deyir? Deyir ki, mənlik deyil, yəni kimlərinsə sifarişiylə götürüb?

– Yox, elə də demir.

– Bəs nə deyir?

– Deyir ki, mənlik deyil. “Kim götürüb, kimin sifarişi ilə götürülüb” soruşanda bir kəlmə deyir ki, mənlik deyil.

Buna da bax: Rabitə işçisi: 'Hara deyiblər, ora da qol çəkmişəm'

– Adları açıqlamaq istəmir?

– ...

– Ya məhkəməyə saxlayır?

– Bəlkə də, nə bilim.

– Amma siz vəkilsiniz, yəqin nələrisə bilirsiz.

– Hələlik məhkəməyə hazırlaşırıq. İndilik nəsə demək istəmirəm.

Buna da bax:​ Vəkil: 'Keçmiş nazir 6 milyon 836 min manat ödəyib'

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, bu qurumun baş mühasibi Anar Mustafayev, «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərin direktoru Bayram Vəliyev, 3 nömrəli «Rabitə Təmir Tikinti» və «Rabitə Mülki Tikinti» MMC-lərin direktoru Emin Məmmədov, «Aztelekom» MMC-nin baş direktoru Məmməd Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və daha bir neçə nəfər Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurlar. Onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə ittiham edilirlər. V. Zeynalovun vəkilləri ittihamın qərəzli hazırlandığını bildiriblər.

XS
SM
MD
LG