Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

ABŞ İlqar Məmmədovu azad etməyə səsləyir


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

Amerika Birləşmiş Ştatları, Avropa Şurası və Avropa Birliyi kimi, Azərbaycan Ali Məhkəməsinin REAL Hərəkatının sədri İlqar Məmmədovun kassasiya şikayətini qəbul etməməsindən narahatlığını bildirir.

«Turan» agentliyinin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

«Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayət etməyə çağrırıq».

Sənəddə İ.Məmmədov da daxil olmaqla, əsas azadlıqlardan yararlanmalarına görə həbsdə olan şəxslərin azad edilməsi istənilir.

Noyabrın 18-də Ali Məhkəmə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxıb. Şikayət təmin edilməyib.

ABŞ rəsmisi İlqar Məmmədovu İlham Əliyevlə müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İ.Məmmədov 7, T.Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

2015-ci ilin oktyabrında Ali Məhkəmə bu işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T.Yaqublunun şikayətini də təmin edib. Bu ilin martında T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Ancaq bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmamışdı. Noyabrın 18-i isə Şəki Apellyasiya Məhkəməsinin həmin qərarından verilən kassasiya şikayəti təmin edilməyib.

XS
SM
MD
LG