Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:56

'Hakimiyyət ölkəyə mülkiyyəti kimi baxır'


"Dəyirmi masa". 12dek2016
"Dəyirmi masa". 12dek2016

“Qaz və elektrik enerjisi tariflərinin artırılması qeyri-adekvat qərar idi. Bu, əhalinin sosial müdafiəsinin artırılması bəhanəsi ilə edilib, amma əslində hər şey tərsinə alınıb. Tariflərin son artırılması və böhran psixi xəstəliklərin artmasına səbəb olub. Tibb müəssisələrində artıq 151 min nəfər qeydiyyatdadır, ailə institutu ciddi aşınmaya məruz qalır”.

Bu sözləri “İnsan hüquqları nöqteyi-nəzərdən Tarif Şurasının son qərarı” mövzusunda dəyirmi masada “Azərbaycan demokratik Rifah” Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

Dəyirmi Masa dekabrın 12-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığı ilə keçirilib.

““Yol Xəritəsi” göstərir ki, heç bir islahat olmayacaq”

Q.İbadoğlu qeyd edib ki, hökumətin açıqladığı “Strateji Yol Xəritəsi” göstərir ki, heç bir islahat olmayacaq. Onun fikrincə, vətəndaş cəmiyyəti böhrandan çıxış üzrə öz tədbirlər paketini işləyib hazırlamalıdır.

İqtisadçı Natiq Cəfərli isə deyib ki, hökumət vətəndaşların ailə büdcəsini kəsərək, belə bir qərar qəbul edib.

“Ziyan təkcə əhali kateqoriyasından olan istehlakçılara deyil, həm də biznes qurumlarına təsir edəcək. Onlar malların qiymətlərini artırmaq məcburiyyətində qalacaqlar. Bu da vətəndaşların maddi vəziyyətini əlavə olaraq pisləşdirəcək. Vətəndaşların sosial vəziyyəti 2017-ci ildə pisləşəcək”.

Buna da bax:​ Tarif Şurası dərmanların da qiymətini artırıb

Yarıtmaz idarəetmə

N.Cəfərlinin deməsinə görə, yarıtmaz idarəetmə böhranın əsas səbəbidir.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də tariflərin artırılmasını tamamilə əsassız adlandırıb.

“Böhran şəraitində əhaliyə sosial dəstək və istehsalatın artırılması üçün qaz, elektrik enerjisi qiymətləri azaldılmalıdır. Böhranın səbəbləri yüksək vəzifəli məmurların özləri üçün əlverişli maddi mühit yaratmaları və yanlış olaraq ətrafda bütün insanların yaxşı yaşadığını düşünmələridir”, M.Əliyev bildirib.

Ekspert Toğrul Cuvarlı isə bildirib ki, idarəetmə müasirləşdirilmədən, institusional islahatlar aparılmadan, fəaliyyət azadlığı verilmədən, vətəndaşların siyasi və iqtisadi proseslərdə azad iştirakı olmadan heç bir dəyişiklik nəticə verməyəcək.

Buna da bax:​ 'Avropadakı qiymətlərdən danışırlar, maaşlardan yox'

Politoloq Zərdüşt Əlizadənin deməsinə görə isə, hakimiyyət ölkəyə mülkiyyəti kimi baxır və hesab edir ki, heç kimlə bölüşməməlidir.

“Amma yenə də, problem insanların özündə, vətəndaşların siyasi mədəniyyətinin aşağı səviyyədə olmasında, öz qanuni hüquqlarını müdafiə edə bilməmələrindədir. Buna görə ilk növbədə insanlarda öz şərəf və ləyaqətlərinə hörmət hissi aşılamaq lazımdır”, politoloq bildirib.

Tarif Şurası noyabrın 28-də enerji daşıyıcılarının və bəzi dərmanların qiyməti artırıb.

Buna da bax: Tarif Şurasının sədri rəqəmləri haradan götürür?

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Aylıq məsrəf 250 kwt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

Buna da bax:

İşıq-qaz təkər təmirindən tutmuş bütün xidmətləri bahalaşdırır...
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

XS
SM
MD
LG