Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:05

Qafqaz Universitetinin 6 prorektoru çıxarılıb


Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qafqaz Universitetində bağlanma həyəcanı

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək bu təhsil müəssisəsinin 20-yə yaxın əməkdaşı işdən azad olunub.

Ali məktəbin rektoru Havar Məmmədov APA-ya deyib ki, əməkdaşlar öz ərizələri əsasında çıxarılıblar.

H.Məmmədov qeyd edib ki, onların arasında işində müəyyən nöqsanlara yol verənlər də olub. Söhbət 5-6 mühafizə işçisindən, 2 komendant və kadrlar şöbəsinin müdirindən gedir.

İki nəfərin də ixtisara düşdüyünü deyən H.Məmmədovun bildirməsinə görə, universitetdə struktur dəyişiklikləri də edilib: «Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm».

Buna da bax-Qafqaz Universitetinin adı dəyişdirilir

Bu il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirildi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. İlahiyyatçının özü isə bu iddiaları yalanlayıb.

Bu günlər Qafqaz Universitetində işdən çıxarılmalarla bağlı etirazların planlaşdırıldığı bildirilsə də, sonradan bu məlumatlar açıq təsdiqlənmədi.

XS
SM
MD
LG