Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:40

Bloqqer: 'Paltarımın ciblərini çölə çıxarmışam, başqa yolum yoxdu'


Mehman Hüseynov
Mehman Hüseynov

Deputat Fərəc Quliyev “Sancaq”dakı video və fotoittihamlarla bağlı belə deyir: “Tərəflər bir-birini məhkəməyə verə bilər və orada aydın olar ki, qaldırılan məsələ nə qədər dəqiq sübutlara söykənir”

– “Bu villanın “lüsturları” qızıldandı, brilyant qaşlarla bəzənib”
– “Bu villanın hətta lifti də var”
– “Xaçmazda boş divar tikib, arxasına dəmirin üstündə yerləşən boş günbəzlər qoyublar…”.

Mehman Hüseynov: "Məsələləri araşdırmaqdansa, məni izləyirlər"

Mehman Hüseynov: 'Bu villanın 'lüsturları' qızıldandı, brilyant qaşlarla bəzənib'
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

Bloq yazarı Mehman Hüseynov son aylar çəkib öz “Sancaq”ında yerləşdirdiyi videogörüntülərin müşayiət mətnlərində və fotoaltı sözlərdə belə yazır. O, bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayıb və dəyəri milyonlarca manatla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edir.

Buna da bax:​ Bloqqer Mehman Hüseynovun təxribatla üzləşdiyi deyilir

“Mənə şikayət gəlmişdi ki, deputat Tahir Süleymanov Şabranda - yaxınlıqdakı məsciddə səhərlər azan oxunmasını qadağan edib. Bunu araşdırmaq üçün Şabrana getdim”, - Mehman Hüseynovun AzadlıqRadiosu-na söylədiklərindəndir. O əlavə edir ki, oraya getdiyində deputata məxsus olduğu söylənən elə bir mülk görüb ki, məsciddə azan məsələsini “unudub”. Bloq yazarı “bir deputat maaşına belə bir mülkü necə tikmək olar” sualını “Sancaq”dakı videosüjeti izləyənlərə yönəldir.

Tahir Süleymanov həmin mülkin ona məxsus olduğunu danmayıb və “Report”a bildirib ki, onun 70-ə yaxın yaşı var və “55-60 ildir çalışırsa, məgər onun evi olmamalıdır?!”.

“Məlumatları onların çevrəsində olanlar çatdırır”

Mehman Hüseynov AzadlıqRadiosu-na deyir ki, bundan sonra deputat Hadı Rəcəbliyə, nazirlər Səlim Müslümova, Kəmaləddin Heydərova məxsus olduğu iddia edilən məlumatları araşdırıb. Onun sözlərinə görə, bu məlumatları bloqqerə dövlət məmurlarının və deputatların çevrəsindəkilər çatdırır: “Mənə deyirlər ki, əlimizdəki bütün sənədləri verməyə hazırıq. Təbii ki, mənbələrimi qoruyuram, bu məlumatları necə əldə etdiyimi heç vaxt açıqlamaram”.

Buna da bax:​ Təxribatla üzləşən bloqqer: 'Məsuliyyəti hakimiyyət daşıyır'

Azərbaycanda villa
Azərbaycanda villa

Kimi istehza edir, kimi də susur

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov adının çoxmərtəbəli villa sahibi kimi hallandırılmasına belə reaksiya verib: “Bakıdakı bütün villalar mənimdir. Qoy çəksinlər! Altında da yazsınlar ki, Səlim Müslümovundur. Mən belə şər-böhtanlara qulaq asmıram. Kim, nə istəyirsə yazsın".

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fərqli davranaraq, “milyonlarla qiyməti olan çilçıraqlı villa sahibi” iddiasına susmaqla cavab verib. Nazirliyin mətbuat xidməti məsələ ilə bağlı AzadlıqRadiosu-na deyib ki, onlar “şər-böhtanı” cavablandırmırlar: “Hər hansı bir dələduz, montajla məşğul olanın təxribatı haqqında heç bir rəy vermirik”.

“Boş divar və günbəz…”

Mehman Hüseynovun son paylaşdığı fotolardan biri də Xaçmazda Heydər Əliyev Mərkəzinin yaxınlığındakı bir bina və günbəzin şəklidir: “Mən Xaçmazda olanda dedilər ki, prezidentin Xaçmaza səfəri zamanı yerli rəhbərlik Heydər Əliyev Mərkəzinin yanında boş divar tikib, arxasına isə dəmirin üstündə yerləşən boş günbəzlər qoyub. Sanki qəşəng bir binadı, əslində isə, sadəcə, divardı. Gedib foto çəkdim, amma sonra peşman oldum ki, niyə videosunu hazırlamadım. Bu yaxınlarda ora getmək istəyirdik, yolda qəzaya düşdük. Ancaq indi həmin divarı söküblər”.

Buna da bax:​ Mehman Hüseynov: 'Əminiydilər ki, villanı çəkməmişəm'

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov həmin iddia ilə razılaşmır və AzadlıqRadiosu-na açıqlamasında bildirir ki, sözügedən günbəz yarımçıq konstruksiya sayılırdı: “Orda ikimərtəbəli bina tikiləcək, günbəzlər də qoyulmuşdu ki, necə göründüyü, tikintiyə uyğun gəlib-gəlmədiyi bilinsin. İki gün orda qaldı, sonra da çıxarıldı. İndi orda tikinti işləri gedir, günbəzlər sonradan həmin binaya qoyulacaq”.

Bəxtiyar Osmanovun sözlərinə görə, həmin bina tikiləndən sonra Heydər Əliyev Mərkəzinə aid ediləcək: “İndi də Mehman çəkib, internetdə yayıb. Bizdən soruşsaydılar, aydınlıq gətirərdik, elə məsələ deyil ki, bu qədər böyüdüləydi”.

“…Əvəzində məni izləyirlər”

Mehman Hüseynovun fikrincə, onun qaldırdığı məsələlərin hər biri ayrıca hüquqi qiymət istəyir: “Ancaq əvəzində məni izləyirlər, təqib edirlər”. O, ardınca deyir ki, bir neçə gün öncə təqib olunduğunu hiss edib: “Onların kim olduğunu bilmirəm, hüquq-mühafizə orqanlarının əməkdaşıdırlarmı, ya barəsində videomaterial hazırladığım şəxslərin adamlarıdırmı, - bilmirəm. Amma məni həbs etmək istəyirlərsə, elə barəmdə cinayət işi var, yeniləsinlər, çağırsınlar, gedərəm”.

Buna da bax:​ 'Adamın utandığından oxumaq istəmədiyi' nədir?

Bloq yazarı ona narkotik ittihamı atılmasından ehtiyat etdiyini də gizlətmir və bundan necə sığortalanmağın yolunu tapdığını bildirir: “Paltarımın ciblərini çölə çıxarmışam, qoy mənə dəli kimi baxsınlar, amma başqa yolum yoxdu, ciblərimi çölə çıxararaq gəzəcəyəm”.

“Məhkəməyə versinlər”

Bəs bloqqerin təqdim etdiyi faktlar hüquq-mühafizə orqanlarının diqqətini çəkirmi? Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sualı sualla qarşılayır: “Hər jurnalist araşdırması üzrə təhqiqatmı aparılmalıdır?”.

Eldar Sultanov “Sancaq”dakı materiallarda tanış olduqdan sonra mövqe açıqlaya biləcəyini deyir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyevin fikrincə, ilk növbədə, jurnalist araşdırmalarında ittiham olunan şəxslərin özü buna münasibət bildirməlidir: “Tərəflər bir-birini məhkəməyə verə bilər və orda aydın olar ki, qaldırılan məsələ nə qədər dəqiq sübutlara söykənir. Bir jurnalistin, ekspertin dedikləri araşdırma sayıla bilməz. Məsələ mütləq məhkəmə yolu ilə hüquqi qiymətini almalıdır”.

Buna da bax:​ ‘Xəstəxanada həkimdən çox polis vardı’

Fərəc Quliyev: 'Tərəflər bir-birini məhkəməyə verə bilər'
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

Fərəc Quliyev təklif də səsləndirir və deyir ki, ittiham olunan şəxs susmağa üstünlük verirsə, onda bu ittihamları irəli sürən şəxs əlindəki faktları Korrupsiya ilə Mübarizə Baş İdarəsinə təqdim etsin.

“Demokratik ölkələrdə, adətən, istefa verirlər”

“Əlindəki faktları məhkəməyə təqdim etmək jurnalistin işi deyil, axı”, - araşdırmaçı jurnalist Xədicə İsmayılova belə düşünür. Onun sözlərinə görə, demokratik ölkələrdə korrupsiya motivli jurnalist araşdırmalarında adı çəkilən şəxslər, adətən, istefa verirlər: “Həmin məmurlar istefa versə də-verməsə də, hüquq-mühafizə orqanları təqdim olunan işlərlə bağlı dərhal araşdırma başladırlar”.

Xədicə İsmayıl: 'Lazım olanda, jurnalist araşdırması əsasında təhqiqat aparıla bilir, siyasi sifariş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Xədicə İsmayılova xatırladır ki, jurnalist araşdırması üzrə prokurorluğun təhqiqata başlaması ilə bağlı təcrübə Azərbaycanda da var: “Bir neçə il öncə “Virtual Azərbaycan”da ABŞ-ın Milli Demokratiya İnstitutu haqqında yazı verilmişdi, prokurorluq da bu material əsasında araşdırma başlatmışdı. Demək ki, lazım olanda, jurnalist araşdırması əsasında təhqiqat aparıla bilir. Sadəcə, siyasi sifariş lazımdır”.

XS
SM
MD
LG