Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:02

2017-ci ildə manatı nə gözləyir?-VİDEO


"1 dollar 3 manat ola bilər"
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Manat tam sərbəst üzən məzənnəyə buraxılsın, ya buraxılmasın...

İqtisadçılar deyirlər ki, manat bir az da taqətdən düşəcək.

İqtisadi tədqiqatlar mərkəzinin proqnozuna görə, gələn il 1 dollar minimum 2 manat 20 qəpik, maksimum 2 manat 80 qəpik olacaq.

Bank üzrə hüquqşünas Əkrəm Həsənovsa deyir ki, 2017-ci il Azərbaycan tarixinə düşəcək

“2017-ci il müstəqil Azərbaycanın tarixində ən çətin illərdən biri olacaq. 2016-cı ilə pis il deyənlərə demək istəyirəm ki, 2016-cı il heç də pis il deyildi. Bu il 1 dollar 3 manatı da keçəcək.

Manatın ucuzlaşması isə bazarları durmadan bahalaşdırır

Bəs hökumət durumu yaxşılaşdırmaq üçün nə fikirləşir?

Təhlilçilər yada salır ki, prezidentin ötən il imzaladığı strateji yol xəritəsinə görə, manat tam üzən məzənnəyə keçməlidir.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bunu belə izah edir ki, məqsəd odur ki, manatın məzənnəsini hökumət yox, bazar iştirakçıları tənzimləsin.

Deyir ki, məzənnə nə qədər sərbəstləşsə, o qədər yaxşıdır. Bu halda özəl təsisatlar da valyuta bazarına vəsait çıxarar:

“Söhbət bazar qüvvələrinin iştirakından gedir. Özəl vəya dövlət bankları, ayrı-ayrımaliyyə institutları, onlar valyuta bazarına həm dollar, həm də manatçıxarırlar. Onu həm alırlar, həm də satırlar. Bu əsasda formalaşdırılmış məzənnətarazlaşdırılmış kursu müəyyənləşdirir. Bu baxımdan da üzən məzənnənin üstünlüyüondan ibarətdir ki, artıq Azərbaycanda manatın gerçək kursu müəyyənləşəcək”.

İqtisadçı deyir ki, manat gerçək məzənnəsini taparsa, idxalçılar üçün də, ixracatçılar üçün də risk azalar, sərmayə qoyuluşları artar, iqtisadiyyatın durumu yaxşılaşar.

Bəs 2017-ci ildə hökumət manat xilasedici gödəkçəsiz suya buraxa biləcəkmi?

Qubad İbadoğlu deyir ki, yox- çünki manat hələ heç müvazinətini saxlaya bilmir. Çünki pul əsasən hökumətdədir. Özəl sektorda pul azdır.

"Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil"

Rövşən Ağayev, mart 2014
Rövşən Ağayev, mart 2014

İqtisadçı Rövşən Ağayev isə bloğunda yazır ki, indiki vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçmək mümkün deyil.

“Bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır. Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil”.

Mərkəzi Bank 2017-ci ilin pul siyasətinin istiqaməti üzrə bəyanat sənədi imzalayıb.

İqtisadçının fikirincə bu il hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə, Azərbaycan qazını Avropaya daşıyacaq kəmər layihələrinə kifayət qədər böyük valyuta lazım olacaq və bu, daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.

Manatın sərbəs üzməsi üçün şərtlər

1 Azərbaycan manatı (AZN)
1 Azərbaycan manatı (AZN)

Hətta o gözləyir ki, ölkədən kənardakı layihələri maliyələşdirmək üçün Neft Fondu xaricdəki aktivlərini də istifadə etməyə başlayacaq.

İqtisadçıların təklifləri budur ki, manatın məzənnəsini azad buraxmaq üçün hökumət köklü islahata başlasın. Yəni, korrupsiyanı aradan qaldırıb, məhkəməni, medianı azad buraxsın ki, özəl sektor da azad olsun, manat da sərbəst üzə bilsin.

XS
SM
MD
LG