Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:56

Azərbaycan yenidən beynəlxalq qurumlara müraciət etdi


Foto: arxiv
Foto: arxiv

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yenidən beynəlxalq ictimaiyyətdən kömək istəyib. Qurumun müraciətində Ermənistanın əsgər Çingiz Qurbanovun meyitini geri qaytarması istənilir.

Komissiya bildirir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi divident qazanmaqdan ötrü vaxt udmağacəhd edir

Təmas xəttindəki insident zamanı həlak olan əsgər Çingiz Qurbanovun geri alınması ilə bağlı səylərin davam etdirildiyini qeyd edən komissiya Ermənistanın beynəlxalq öhdəlikləri pozduğunu bildirir.

“Hadisədən bir həftə vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susmağa üstünlük verir. Həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymır. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi divident qazanmaqdan ötrü vaxt udmağacəhd edir”, komissiya bildirir.

Komissiya aidiyyəti beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılmasından ötrü zəruri tədbirlər görməyə çağırıb.

Xatırlatma

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində silahlı insident baş verib.

İnsidentlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, sərhədi pozan Ermənistan silahlı bölmələri pusquya düşərək itkilər verib. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanov itkin düşüb.

Sonradan Ç. Qurbanovun həlak olduğu açıqlandı.

Bundan əvvəl də komissiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk Qrupuna müraciət etmişdi.

Məsələ ilə bağlı, Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat verib.

XS
SM
MD
LG