Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:40

Beynəlxalq təşkilatların hesabatları Azərbaycan üçün "kağız parçasıdırmı"?


Aarxiv
Aarxiv

Human Rights Watch insan haqları təşkilatının yeni hesabatında Azərbaycandakı durum kəskin tənqid edilir. Azərbaycan rəsmiləri bir qayda olaraq insan haqları ilə bağlı belə hesabatları rədd edir, hətta Azərbaycan prezidenti dəfələrlə deyib ki, bu cür bəyanatlar onlar üçün kağız parçasıdır. Doğrudanmı nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının hesabatları kağız parçasıdır? Yoxsa, onlar ölkə ilə bağlı maliyyə və iqtisadi sahələrdə qərar verən dairələrdə fikir formalaşdırırlar? Yəni, HRW kimi təşkilatların ölkələrlə bağlı hesabatlarından kim, necə istifadə edir? Onları gerçəkdən də qulaqardına vurmaq olarmı?

Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, İlham Əliyevin söylədiklərində nə təəccüblü, nə də gözlənilməz nəsə var.Onun sözlərinə görə, bu cür bəyanatları, mövqeyi bu hakimiyyət dövründə az eşitməyiblər. İntiqam Əliyev bildirir ki, bu cür ritorika haqlı tənqidlər və iradlarla bağlı deməyə söz olmayanda işə düşür. Hüquq müdafiəçisinin fikrincə bu cür bəyanatlar həm öz xalqınla, öz vətəndaş cəmiyyəti ilə, həm də beynəlxalq təşkilatlarla normal müzakirə aparmağa hazır olmayan, mütləqi-hakimiyyətlərin ritorikasıdır.

İntiqam Əliyevin sözlərinə görə, bu, uzun illər ərzində pulunun, neftinin, kürüsünün hesabına Avropa Şurası, ATƏT, BMT, Amerika, Avropa hökumətlərinin tərif eşitməyə öyrəşdirdiyi hökumətin reaksiyasıdır. İntiqam Əliyev deyir ki, bu hökumətə tərif deyən qurumlar Azərbaycan xalqının dostu olur, seçki saxtalaşdırmalarına, insanların baxışlarına görə həbsə atılmasına, avtoritar idarəçiliyə görə onu tənqid edən yerli təşkilatlar və vətəndaş cəmiyyəti fəalları isə beşinci kolon, "iki eşşəyin arpasına bölə bilməyənlər", Freedom House, Amnesty İnternational, Human Rights Watch, 19 Article və digər nüfuzlu beynəlxalq təşkilatlar isə Azərbaycan xalqının düşməni, “erməni dəyirmanına su tökən qüvvə” adlandırılır. Hüquq müdafiəçisinin fikrincə, hakimiyyət "Azərbaycan xalqı" deyəndə bu ölkənin varını-dövlətini yağmalayan bir qrup adamı nəzərdə tutur.

İntiqam Əliyev: "normal müzakirə aparmağa hazır olmayan ..."
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə isə prezident çıxışlarında beynəlxalq və yerli QHT-lərin hesabatına münasibət bildirməklə onu göstərib ki, onlar bu hesabatların mahiyyətindən və məzmunundan ətraflı şəkildə məlumatlıdırlar. Rəsul Cəfərov hesab edir ki, bu daxili auditoriyaya hesablanmış bir mesajdır. Onun sözlərinə görə prezident bununla demək istəyir ki, biz öz bildiyimiz kimi siyasət aparırıq.

Hüquq müdafiəçisi bildirir ki, reallıqda isə başqa cürdür. Onun sözlərinə görə istər insan haqları ilə bağlı hesabatlar, istər iqtisadi göstəricilərlə bağlı olan hesabatlar hakimiyyət tərəfindən əsas kimi götürülür. Rəsul Cəfərov deyir ki, beynəlxalq təşkilatların hesabatları və mövqeləri hakimiyyət tərəfindən nəzərə alınmasaydı, onda Azərbaycan niyə beynəlxalq təşkilatlarda təmsil olunur? Hüquq müdafiəçisi deyir ki, həmin hesabatlar Azərbaycanı maraqlandırmır, - demək səmimi deyil.

Rəsul Cəfərov: "bu hesabatların məzmunundan ətraflı məlumatlıdırlar"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00
Direct-ə keçid

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa isə deyir ki, burda obyektiv reputasiyası olmayan qurumlardan söhbət gedir. Onun sözlərinə görə prezident də həmin qurumları əsas götürüb. Deputat deyir ki, burda başqa məqsəd axtarılması doğru deyil. Fazil Mustafanın fikrincə, bəzən həmin beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ Dövlət Departamenti bəzən elə məsələlərə müdaxilə edirlər ki, Azərbaycanda həmin problem olmur.

Deputat deyir ki, həmin təşkilatların pulunu kim verirsə, pul verənlərin maraqlarına xidmət edirlər. Fazil Mustafanın fikrincə bəzi insan haqları təşkilatlarının Azərbaycanda bəzi problemlərin qabardılması və Azərbaycanın imici ilə bağlı müəyyən rəyin yaradılmasına yönəliblər.

Fazil Mustafa:"obyektivlik reputasiyası olmayan qurumlar"
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00
Direct-ə keçid

XS
SM
MD
LG