Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

Azərbaycan Avropaya nə sata bilər?


Praqa
Praqa

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyir ki,Azərbaycan Çexiyaya qeyri-neft məhsullarının ixracını genişləndirmək niyyətindədir.Nazirin sözlərinə görə, Azərbaycanın Çexiyaya ixrac edə biləcəyi məhsulların siyahısının müəyyən olunması üçün təhlillər aparılıb.

Ş.Mustafayev deyib: "İlk növbədə bu, müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən fındıq, çay, tərəvəz, meyvə, pambıq, şərab və digər məhsullardır".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan və Çexiya sənaye, nəqliyyat, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər

“Azərbaycanda Çex kapitallı 19 şirkət fəaliyyət göstərir”. indiyədək Çexiya Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar investisiya yatırıb. Çexiya şirkətləri dəyəri 1,6 milyard manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. Azərbaycanla Çexiyanı yaxınlaşdıran nədir? Azərbaycan mallarının Avropa bazarına çıxması beləmi asandır? Yeri gəlmişkən, həmin qoz-fındıq, şərab Çexiyanın özündə də var, özü də gen-bol.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, istənilən ölkədə keyfiyyətli məhsula ehtiyac var. Ekspert deyir ki, ölkələr çalışır ki, müasir standartlara cavab verən məhsul istehsal etsin və onları ixrac edə bilsin. Vahid Məhərrəmov bildirir ki, bu gün Azərbaycanın istehsal etdiyi məhsula Avropada tələb yoxdur. Ekspert bunu Azərbaycanda istehsal olunan məhsulun keyfiyyətinin aşağı, qiymətinin baha, qablaşdırmasının yüksək olmaması və standartlara cavab verməməsi ilə əlaqələndir.

Vahid Məhərrəmov: "Azərbaycanın istehsal etdiyi məhsula Avropada tələb yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan hökuməti bütün ölkələrlə münasibətləri normallaşdırmağa çalışır ki, iqtisadi əlaqələrin gücləndirilməsi fonunda düşdüyü böhrandan çıxa bilsin. İqtisadçı bildirir ki, Azərbaycan bütün ölkələrə eyni növ məhsulları təklif edir. Onun sözlərinə görə, Azərbaycanın bu qədər məhsul ixrac etmək gücü yoxdur. Ekspertin fikrincə Azərbaycan bu iqtisadi aktivliyin artırılması fonunda çalışır ki, pozulmuş siyasi münasibətləri də bərpa etsinlər.

Natiq Cəfərli: "Düşdükləri böhrandan çıxmaq istəyirlər"
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Politoloq Zərdüşt Əlizadənin fikrincə Azərbaycandan fərqli olaraq Çexiya demokratik ölkədir. Onun sözlərinə görə bu fərqə baxmayaraq iki ölkə arasında münasibətlər pis deyil və Azərbaycanın hakim zümrəsi çirkli pullarını bu ölkədə yuyur. Politoloq bildirir ki, hakim zümrə təmsilçilərinin əksəriyyəti bu ölkədə otellər, evlər alırlar. Onun sözlərinə görə, həmin insanlar gələcək müqəddəratlarını Azərbaycanla bağlamadıqları üçün özlərinə təhlükəsizlik yuvası kimi Çexiyanı seçiblər. Zərdüşt Əlizadə deyir ki, məhz bu səbəbdən bu ölkə ilə münasibətlərin yaxşılaşmasında Azərbaycanın hakim zümrəsi maraqlıdır.

Zərdüşt Əlizadə: "hakim zümrə təmsilçiləri bu ölkədə otellər, evlər alırlar"
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

XS
SM
MD
LG