Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:14

Türkiyədə azərbaycanlıların biznesi geriləyib


Arxiv foto
Arxiv foto

Türkiyə Palatalar və Birjalar Birliyi ötən il ölkədə xarici kapitalın iştirakı ilə qurulan şirkətlərə dair statistikanı açıqlayıb. Azərbaycan sərmayədarları əvvəlki illərdə olduğu kimi ön sıralarda getsələr də, istər qurulan şirkət sayında, istərsə yatırım həcmində geriləmə var.

Sərmayələr iki dəfə azalıb

Ötən il Türkiyədə yaradılan 152 şirkətə Azərbaycan sərmayəsi yatırılıb. Bunun 48-i səhmdar şirkətlərdir. 2015-ci illə müqayisədə 17 şirkət az qurulub, elə yatırımların həcmi də azalıb: Həmin ildə qurulan şirkətlərin ilkin kapitalı 57,3 milyon türk lirəsi idisə, ötən il sərmayələr təqribən 2 dəfə azalaraq 31,4 milyon lirəyə düşüb (təxminən 15 milyon manatdan çox). Bunun 27,3 milyonu Azərbaycandan gəlib (13 milyon manatdan çox). Halbuki 2015-ci ildə yaradılan şirkətlərin kapitalına azərbaycanlı səhmdarlar 51,1 milyon lirə (25 milyon manatdan çox) yatırmışdılar.

Sərmayələrin səngiməsini müstəqil ekseprtlər Türkiyədəki ictimai-siyasi durumun gərginləşməsi, eləcə də Azərbaycanda kapital resurslarının azalması ilə izah edirlər. Amma başqa səbəblər də var.

Ekspert: «İş adamları alternativ sərmayə axtarırlar»

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

Sərmayə axınının azalmasının bu il də müşahidə olunacağını deyən «İqtisadi Təhlil İnstitutu» İctimai Birliyinin sədri Məhəmməd Talıblı AzadlıqRadiosuna həmin səbəblərini də açıqlayıb:

«Azərbaycanda işgüzar fəallığın aşağı düşməsi, investisiya mühitinin zəifləməsiiş adamlarını alternativ bazarlar axtarmağa sövq edir. Türkiyə uzun illər biznesi genişləndirmək üçün ilk ağla gələn ölkə olub və bu statusunu qoruyur. Türkiyə-Rusiya iqtisadi əlaqələrində müəyyən soyuma, bu ölkədə turizm sektorunun geriləməsivə digər risk amilləri də Türkiyənin sərmayə bazarının cazibəsini azaldıb».

Türkiyə təkcə qazanc yeri deyil

İqtisadçı əlavə edib ki, Azərbaycanın iş adamları Türkiyəyə təkcə sərmayədənqazanc götürmək imkanı kimi yox, həm də pul vəsaitlərini Azərbaycan bazarının devalvasiya və bu kimi başqa iqtisadi və siyasi amillərdən qaynaqlanan sərt təzyiqindən qoruyacaq «limanı» kimi üz tuturlar.
Azərbaycanlılar Türkiyədə xalq istehlakı malları istehsalı, ticarət, restoran və otelxidmətləri sahəsinə daha çox sərmayə qoyurlar.

XS
SM
MD
LG