Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

"Azərbaycan film komissiyası" turizm və kino industriyasını dirçəldəcək


"Azərbaycanfilm" kinostudiyası
"Azərbaycanfilm" kinostudiyası

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov fevralın 1-i “Bizim kino günləri” layihəsinin açılışına həsr olunmuş mətbuat konfransı keçirib.

O bildirib ki, kinostudiya və Prodüserlər Gildiyası tərəfindən "Azərbaycan film komissiyası" layihəsi hazırlanıb: “Layihənin müəllifləri olaraq biz Film Komissiyasının qısa zamanda ölkədə turizmin və kino industriyasının yeni istiqamətdə inkişafına zəmin yaradacağına inanırıq. Bütün dünyada olduğu kimi, “Azərbaycan Film Komissiyası” layihəsinin də əsas məqsədi əcnəbi çəkilişləri ölkəyə cəlb etməklə yerli biznesə dəstək olmaqdan ibarətdir. Bu siyahıya təkcə bədii və sənədli filmlərin istehsalı deyil, televiziya filmlərinin və serialların, musiqi kliplərinin və reklamların çəkilişləri aiddir. “Azərbaycan Film Komissiyası” layihəsi uğurlu əcnəbi film komissiyalarının strukturu və iş prinsipi əsasında hazırlanıb. Komissiya “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək. Bu prinsip xarici prodüserə yalnız bir orqana müraciət etməklə Azərbaycan ərazisində film istehsalı üçün tələb olunan bütün prosedurları həll etməyə imkan verəcək”. deyə Müşfiq Hətəmov jurnalistlərə deyib.

Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

O həmçinin müasir dövrün tələblərinə uyğun olaraq, ölkədə yaradıcı sistemi üçün qanun layihəsinin gərəkdiyini də qeyd edib. Onun sözlərinə görə belə qanun layihəsi artıq "Azərbaycanfilm" kinostudiyası tərəfindən hazırlanıb və Milli Məclisə təqdim olunub. Qanunun qəbulundan sonra yeni işlər görüləcək. Məsələn, film komissiya və müstəqil kino fondlarının yaradılması planlaşdırılır.

XS
SM
MD
LG