Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:26

Gürcülər Avropaya vizasız gedə biləcək


Thorbjorn Jagland və Minister Mikheil Janelidze
Thorbjorn Jagland və Minister Mikheil Janelidze

Avropa Parlamenti Gürcüstanla viza rejiminin ləğvinə səs verdi.

Fevralın 2-də Avropa Parlamentində keçirilən səsvermədə zalda olan 647 deputatdan 553-ü Gürcüstanla vizasız rejim tətbiq edilməsinə səs verib.

66 deputat bunun əleyhinə səs verib, 28 nəfərəsə bitərəf qalıb.

Amma bu, Gürcüstanın avtomatik Şengen zonasına daxil olması deyil.

Hələ ki, bir sıra texniki prosedurlar var.

Qeyd edək ki, Avropa Parlamentinin vətəndaş azadlıqları, hüquq və daxili işlər məsələləri üzrə komitəsi yanvarın 12-də Gürcüstana qarşı vizasız rejim tətbiq edilməsinə səs vermişdi.

Qeyd edək ki, Avropa Parlamentinin deputatları hələ ötən il bundan əvvəl “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanla Ukraynaya qarşı viza rejimini ləğv etməyə çağırmışdılar.

“Şərq Tərəfdaşlığı” proqramına Ukrayna, Belarus, Moldova, Gürcüstan və Azərbaycan daxildir.

Amma Azərbaycan Avropa birliyi ilə bu formatda yox, bərabər hüquqlu başqa formada əməkdaşlığın tərəfdarıdır.

Bundan əvvəl Ermənistan da bu prqrama daxil idi.

Amma Yerevan sonda Rusiyanın başçılıq elədiyi “Avrasiya İqtisadi Birliyi” nə daxil oldu.

XS
SM
MD
LG