Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?


İranın qadın futbol yığması
İranın qadın futbol yığması

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyir ki, Bakıda bu il keçirilməli 4-cü İslam Oyunlarında iştiraka 50 ölkə razılıq verib, 7 ölkə müxtəlif səsbəblərdən, o cümlədən maliyyə çatışmazlığına görə, hələ gəlməyə razılıq verməyib. “Biz onlara dəstək vermək istəyirik ki, bu oyunlara cəlb edək”

Azərbaycan Avropa Oyunları zamanı Bakıya gələnlərin xərclərini ödədi. İndi də İslam oyunlarına gələ bilməyən ölkələrin xərcini çəkəcək? Bakı niyə bu qədər səxavətlə bu idman oyunlarına girişib?

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda baş tutan idman və mədəni tədbirlər imic layihələri olduğu üçün hökumət bu tədbirlərə daha çox ölkələrin qatılması məqsədi ilə onların xərcini çəkməyi düşünür. Onun sözlərinə görə hökumət bu layihələrdə iqtisadi səmərəliliyi düşünmür. Ekspert deyir ki, indi söhbət 7 ölkədən getdiyi üçün ciddi məbləğ nəzərdə tutulmayıb. Natiq Cəfərlinin fikrincə bu, kiçik məbləğ olsa da, Azərbaycan vətəndaşlarına indiki böhranlı vəziyyətdə psixoloji olaraq mənfi təsir göstərir.

Natiq Cəfərli: "İmic layihələri..."
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

İdman üzrə ixtisaslaşmış jurnalist, ekspert Elçin Cəlilovun fikrincə bu kimi tədbirlər üçün uğurlu arqument tapmaq mümkün deyil. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarında Azərbaycan hökuməti heç bir gəliri olmadan kifayət qədər xərcə düşdü. Ekspert deyir ki, bu kimi tədbirlərə dövlətin xərc çəkməsi o deməkdir ki, pul vətəndaşın cibindən gedir. Elçin Cəlilovun fikrincə, bir ölkənin idman yarışı üçün başqa ölkələrin xərclərini öz boynuna götürməsi utancvericidir.

Elçin Cəlilov: "üğurlu arqument tapmaq olmur..."
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00
Direct-ə keçid

Gənclər və idman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarında iştirakını artıq 53 ölkə təsdiqləyib. Onun sözlərinə görə həmin 53 ölkənin idmançılarının və nümayəndə heyətlərinin hər birinin yol, gündəlik və digər xərcləri özləri tərəfindən ödəniləcək.

Səmayə Məmmədova bildirir ki, bəzi ölkələrin maliyya durumu həmin xərcləri ödəməyə imkan vermir. Nazirlik rəsmisi qeyd edir ki, həmin ölkələrlə İslam Həmrəyliyi Oyunlarının Baş Qərargahı arasında yol xərclərini ödənilməsi məqsədi ilə danışıqlar aparılır. Səmayə Məmmədova onu da vurğulayır ki, Azərbaycan hökuməti ilə həmin ölkələrin gündəlik xərclərinə müəyyən qədər güzəştlər edilməsi ilə bağlı danışıqlar gedir. Onun sözlərinə görə, Azərbaycan həmin ölkələrin tam xərcini ödəməyəcək, sadəcə gündəlik xərclərində müəyyən güzəştlər edə bilər.

Səmayə Məmmədova: "Tam xərcini ödəməyəcək..."
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
Direct-ə keçid

XS
SM
MD
LG