Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:39

'Kitabi Dədə Qorqud' çin dilində çıxdı


«Kitabi Dədə Qorqud»
«Kitabi Dədə Qorqud»

Oğuz türk dastanı – «Kitabi Dədə Qorqud» çin dilində çapdan çıxıb.

AZƏRTAC-ın xəbərinə görə, dastanı çin dilinə Pekin Xarici Dillər Universitetinin türk dili kafedrasının müdiri, filologiya elmləri doktoru professor Liu Cao çevirib.

Çin Millətlər Universitetinin nəşriyyatında çap olunan kitab iki hissədən ibarətdir.

Birinci hissədə dastanın 12 boyu çin dilində təqdim olunub. İkinci hissədə dastanın dili, onun qrammatikası araşdırılıb. Bu araşdırma professor Liu Caonun doktorluq dissertasiya olub.

Bundan başqa, nəşrdə dastanda ən çox istifadə olunan sözlərin, o sıradan qədim türkcədə mövcud olan sözlərin izahı verilib.

Kitaba önsözü yazıçı Anar, Türk Dil Qurumunun sədri Mustafa Kaçalin, Çin Millətlər Universitetinin professoru Can Dincin və Çinxay Millətlər Universitetinin professoru Ma Vey yazıb.

XS
SM
MD
LG