Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:40

AŞ binasının önündə mühacirlərin aksiyası


Aksiya
Aksiya

Avropada yaşayan bir qrup siyasi mühacir bu gün, aprelin 24-ü Strasburqda Avropa Şurasının binası qarşısında aksiya keçiriblər.

Aprelin 24-də Strasburqa Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.

Aksiya iştirakçıları Avropa parlamentarilərindən Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması məsələsini qaldırmağı tələb edirlər. Qiyas İbrahimovun, Mehman Hüseynovun, İlqar Məmmədovun və digər siyasi məhbus sayılan şəxslərin aksiyada adları səsləndirilib.

***Buna da bax-İtalyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Aksiya iştirakçıları həmçinin, Azərbaycan hökumətinin 2013-cü ildə Christoph Strässer-in siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsindən ötrü bəzi AŞPA üzvlərini ələ almasına dair iddiaların araşdırılmasını tələb edirlər.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri isə belə iddiaları qəbul etmirlər. Üstəlik, Azərbaycan hökumətinin təmsilçiləri ölkədə siyasi məhbusların olması fikri ilə də razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AŞPA
AŞPA

AŞPA sessiyası başlayır

Bu gün, aprelin 24-də Strasburqa Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.

Sessiya zamanı qurumda vitse-prezident və Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilərin keçirilməsi, Büro, Daimi Komitə hesabatlarının dinlənilməsi gözlənilir.

Bundan başqa, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələri və Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatlar da müzakirə edilməlidir.

Milli Məclisdən bildirildiyinə görə, Türkiyə məsələsinin müzakirəsində Azərbaycandan gələn nümayəndə heyətinin üzvləri də çıxış etmək niyyətindədirlər.

Habelə, sessiyada Avropa Şurasının baş katibi Thorbjørn Jagland və Yunanıstan prezidenti Prokopis Pavlopulos AŞPA deputatları önündə çıxış etməlidirlər.

Sessiyanın aprelin 28-də başa çatması nəzərdə tutulur.

XS
SM
MD
LG