Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:30

Almas İldırımın 110 illik yubileyi qeyd ediləcək


Afişa
Afişa

Mayın 31-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi şair Almas İldırımın 110 illik yubileyi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun düzənlədiyi təntənəli yubiley gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, onun ölməz şeirləri səsləndiriləcək.

Adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas İldırım (1907-1952) özünəxas poetik tərzi ilə seçilib.

Bolşevik işğalından sonra 6 il Dağıstanda və Türkmənistanda sürgün həyatı yaşayıb.

Tutulma təhlükəsini duyunca İrandan keçərək Türkiyədə məskunlaşıb və Vətəni bir daha görmədən dünyadan köçüb.

Şairin bir çox şeirləri, o cümlədən vətən həsrəti, işğal altında olan yurd sevgisindən bəhs edən «Əsir Azərbaycanım» dillər əzbəridir.

XS
SM
MD
LG