Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:26

Lotu Quli azadlıqda? Yoxsa başqa həbsxanaya köçürülüb?


Lotu Quli
Lotu Quli

Azərbaycanın bir sıra yerli mediası Lotu Quli ləqəbli Nadir Səlifovun oktyabrın 24-də Qaradağ rayon məhkəməsindən azadlığa buraxıldığını xəbər verir.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov Azadlıq Radiosunun sorğusuna cavabında Lotu Qulinin azadlığa buraxılması xəbərini nə təsdiq, nə də təkzib etdi.

Lotu Qulinin vəkilləri də telefon zənglərinə cavab vermirlər.

"Report" isə xəbər verir ki, Lotu Quli azad olunmayıb, başqa həbsxanaya keçirilib: "Bakıdakı 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində (CM) saxlanılan və “Lotu Quli” kimi tanınan Nadir Səlifov məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib."

“Report” öz məlumatında hüquq-mühafizə orqanlarına istinad edir : " N.Səlifov 8 saylı CM-in rəisinin adına ərizə ilə müraciət edərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edib. Rəis onun istəyini təmin edib".

“Qafqazinfo”nun verdiyi xəbərə görə isə, Lotu Quli və vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib.

Lotu Qulinin azadlığa buraxılması xəbərinə maraq həm də ona görə böyükdür ki, bir gün əvvəl oktyabrın 23-də Bakıya xüsusi vaqonda gətirilən iki məhbus Biləcəri stansiyasından qaça bilib. "Report"un xəbətinə görə, qaçanlardan biri – Əli Ağami Lotu Qulinin yaxın adamlarından hesab olunur.

XS
SM
MD
LG