Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:30

Şəki UNESCO-nun 'Yaradıcı şəhər'i elan edilib


Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Azərbaycanın sənətkarlıq paytaxtı Şəki UNESCO-nun «Yaradıcı şəhər»i elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurum, Xarici İşlər Nazirliyi və UNESCO yanındakı Daimi Nümayəndəliyinin birgə səyləri nəticəsində Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə «sənətkarlıq və xalq yaradıcılığı» tematikası üzrə daxil edilib.

UNESCO-nun Baş direktoru İrina Bokovanın qərarı ilə «Yaradıcı şəhərlər şəbəkəsi» siyahısına 44 ölkədən 64 şəhər daxil edilib.

Xəbərdə deyilir ki, bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.

2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı 7 tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.

Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.

XS
SM
MD
LG