Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:17

Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı


Yalçın İmanov
Yalçın İmanov

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırov və başqa ictimai-siyasi fəal məhbusların hüquqlarını müdafiə edən Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında bu barədə qərar çıxarılıb.

Qərara əsasən, Vəkillər Kollegiyası Yalçın İmanovun bu qurumdan xaric olunması üçün məhkəməyə müraciət edəcək. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

ŞİKAYƏT

Y.İmanov yayda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında cəzalandırılıb. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Buna da bax: 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.

Ədliyyə polkovniki O.Məmmədov iddia edir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla «sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir».

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

«Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır», – Penitensiar Xidmətin rəis əvəzinin sözləridir.

VƏKİL DEYİR, BÖHTANDIR

Y.İmanov isə şikayət məktubunda haqqında yazılanların böhtan olduğunu deyir:

"Məsələn, Kollegiyaya şikayətində yazır, guya mən Taleh Bağırovun həyatından narahat olan yaxınlarına avqustun 5-də demişəm ki, orderi göndərsəm də, hələ onunla görüşə icazə verilməyib, bununla da müvəkkilimlə görüşməkdən yayınmışam. Guya mən heç avqustun 8-nə qədər heç görüş üçün müraciət etməmişəm. Ağ yalandır. Mən Taleh Bağırovla görüş üçün iyulun 29-da müraciət eləmişəm. Oqtay Məmmədov isə mənə 6 avqust tarixli məktubla cavab göndərib. Özü də həmin məktubda mənim 29 iyulda müraciət etdiyimi də göstərib. Əgər mən avqustun 8-nə qədər müraciət etməmişdimsə, onun özü mənə 6 avqust tarixli məktubu necə göndərib? Cavab gəlib çıxmırdı deyə, avqustun 7-də dəfələrlə Penitensiar Xidmətə zəng elədim. Həmin gün axşam bildirdilər ki, görüşə icazə verilir. Ertəsi gün də həbsxanaya gedib hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşmüşəm".

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

A.Hüseynova qarşı işgəncələrin ictimailəşdirilməsi məsələsinə gəlincə, Y.İmanov deyir ki, müvəkkili onunla yanaşı, digər vəkili Fariz Namazlıya, həbsxanada onunla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təmsilçilərinə də işgəncələrdən danışıb, yazılı izahat verib.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etməkləri ilə izah edib. Ancaq Kollegiya bunları danıb, hər bir vəkilin qurumdan uzaqlaşdırılmasına fərqli səbəblər göstərib.

Buna da bax:

Sahib-Əz-Zamanın gəlişinə inanmaq dövlət çevrilişdirmi?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

XS
SM
MD
LG