Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:48

Rusiyayla Ermənistanın “nasist mübahisəsi” qızışır


Garegin Nzhdeh-nin Yerevandakı heykəli
Garegin Nzhdeh-nin Yerevandakı heykəli

Ermənistanla Rusiya arasında nasistlərlə əməkdaşlıqla bağlı tarixi mübahisə yenidən qızışır. Söhbət Ermənistanın nasistlərlə əməkdaşlıq etmiş tarixi fiquru ətrafındakı söz-söhbətdən gedir. “Eurasianet.org” saytında Joshua Kucera yazır ki, bu qalmaqal iki müttəfiqin onsuz da nahamar münasibətlərinə bir də 2-ci dünya müharibəsi amilini əlavə edib.

Rusiyanın aparıcı deputatlarından birinin imzasıyla fevralın 6-da “Nezavisimaya Gazeta”da belə bir məqalə çıxıb: “Nasizmin Baltiklərdən Ermənistana qayıdışı”. Müəllif bu mövzunun Rusiya üçün yeni olmadığını vurğulayır. Moskva son illər öz ölkələrini sovet idarəçiliyindən xilas etməkdən ötrü 2-ci dünya müharibəsi zamanı Almaniyayla əməkdaşlığa getmiş milli qəhrəmanları gözdən salmağa çalışır.

“ƏLİNDƏ BABALARIMIZIN QANI VAR”

Amma Baltiklərlə Ukraynadan fərqli olaraq, Rusiyanın yaxın müttəfiqi olan Ermənistan üçün durum fərqlidir.

Rusiyanın strateji müttəfiqi olan Ermənistanın paytaxtı Yerevanın mərkəzində 3-cü Reyxlə əməkdaşlığa getmiş Garegin Nzhdeh-yə abidə qoyulub”, – deputat Lyudmila Kozlova belə yazır və Nzhdeh-nin “əlində minlərlə babamızın, ulu babamızın qanı olduğunu” vurğulayır.

Daha öncə isə yanvarda Rusiya Dumasında “Nasizmin yüksəlişi ilə mübarizə və neo-nasizmin qayıdışı: hüquqi aspektlər” mövzusunda dəyirmi masa keçirilib, iştirakçılar Ermənistanı Nzhdeh-nin 2016-cı ildə ucaldılmış heykəlini götürməyə çağırıblar.

*** Buna da bax: Hakim partiya nasizm iddialarını təkzib edir

Müəllif Nzhdeh-nin ziddiyyətli tarixi fiqur olduğunu qeyd edir. O, on illər boyunca Ermənistanın düşmənləri – Osmanlı Türkiyəsi, sovet Rusiyası ilə savaşıb. Amma Nzhdeh 2-ci dünya müharibəsi başlayınca Almaniyaya yardım təklif edib, onlarla əməkdaşlığa gedib.

Nzhdeh-ni faşistlərlə bağlamağa çalışanlara cavabım belədir: kimsə faşistlərlə əməkdaşlıq edibsə, 1933-41-ci illərdə Molotov-la Stalin-in rəhbərliyi altında bütün sovet rəhbərliyi belə davranıb, Adolf Hitler-in nasist Almaniyası ilə hücum etməmək paktı bağlayıblar”, – Ermənistanın hakim Respublikaçı Partiyasının sözçüsü Eduard Sharmazanov deyib.

“RUSİYADA DƏRK ETMƏLİDİRLƏR Kİ...”

Əlbəttə, nə rusiyalılar Nzhdeh-nin heykəlini götürə biləcəklər, nə də biz Lenin-i Yerevandan aparıb dəfn edə biləcəyik. Amma Rusiyada azından, dərk etməlidirlər ki, erməni xalqının əziyyət çəkdiyi rejimə qayıtmaq mümkün olmayacaq”, – qərbyönlü müxalifətçi Stepan Safaryan söyləyib.

Qeyd edək ki, Azərbaycan Nzhdeh-ni (Qaregin Njde) Zəngəzuru azərbaycanlılardan təmizləməkdə, azərbaycanlı əhaliyə qarşı qırğınlar törətməkdə ittiham edir. Tarixi mənbələrə görə, onun dəstələri 1920-ci ilin martında Azərbaycan Demokratik Respublikasının ordusuna qarşı gərgin döyüşlərdə iştirak edib, həmin ilin dekabrında silahdaşları ilə Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan ediblər. Elə Ermənistan rəsmiləri də hazırkı qalmaqalda Azərbaycanın guya məsələni qızışdırmasına eyham vururlar.

Amma müəllif yazır ki, bütün bu cəhdlər Nzhdeh-nin nasistlərlə əməkdaşlığına haqq qazandıra bilməyib. Di gəl, saytlardan birinin yazmasına görə, Vermaxtda Erməni Legionunun yaradılmasının əsl məqsədi “Türkiyə təhlükəsini önləmək” olub.

Görünür, Nzhdeh savaşı beynəlxalq miqyas ala bilər, “artıq bu ziddiyyətli qəhrəmana Bolqarıstanda da heykəl qoyulacaq”, – Joshua Kucera qeyd edir.

XS
SM
MD
LG