Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

Ermənistanda müxalifətçi uzunmüddətli həbsə məhkum edilib


Zhirayr Sefilian məhkəmədə, arxiv fotosu
Zhirayr Sefilian məhkəmədə, arxiv fotosu

Ermənistanda müxalif siyasətçi Zhirayr Sefilian 10 il yarım həbs cəzasına məhkum edilib.

Martın 20-də Yerevandakı Shengavit məhkəməsi radikal müxalifət hərəkatı olan Təsisçi Parlamentin lideri Sefilian-ı 2016-cı ildə polis bölməsinə hücumun təşkilində təqsirli bilib.

Sefilian-la birlikdə mühakimə olunan altı tərəfdarı da təqsirli bilinib və 2 ildən 5 il yarımadək həbs cəzası alıb.

Sefilian altı tərəfdarıyla birlikdə 2016-cı il, iyunun 20-də saxlanıb. Onlar ilkin olaraq Yerevanda bir neçə hökumət binasını və telekommunikasiya obyektini tutmağı planlaşdırmaqda suçlanıblar.

*** Buna da bax: Polis məntəqəsini tutanlara cəza kəsilib

“TAM HESABATLILIQ TƏMİN OLUNMAYIB”

Bir neçə həftə sonra Sasna Tsrer silahlı qruplaşmasının 30-dan çox üzvü Yerevanın Erebuni rayonunda polis məntəqəsini tutub və iki həftədən çox əlində saxlayıb.

Onlar Sefilian-ın buraxılmasını, ovaxtkı prezident Serzh Sarkisian-ın istefasını tələb ediblər.

Hücum zamanı bir polis əməkdaşı öldürülüb, daha biri ölümcül yaralanıb. Bundan sonra silahlı qruplaşmanın tərəfdarları və digər ermənilər etiraz aksiyaları keçirib.

Etirazlarda zorakılıq da yaşanıb, daha bir polis əməkdaşı öldürülüb.

Bir il sonra yaydığı bəyanatda Human Rights Watch (HRW) insan haqları qrupu bildirib ki, hökumət polisin 206-cı ilin iyulunda “əsasən dinc” etirazçılar və jurnalistlərə qarşı zorakılığına görə tam hesabatlılıq təmin etməyib.

HRW bildirirdi ki, etirazların bəzilərində hakimiyyət “aşırı gücə əl atıb, bir çox etirazçılara, eləcə də hadisələri işıqlandıran jurnalistlərə hücum olunub”.

Hakimiyyət qanunsuz olaraq etirazların xeyli liderini və yüzlərlə iştirakçını saxlayıb, bəzilərinə əsassız ittihamlar irəli sürüb”, – bəyanatda deyilirdi.

XS
SM
MD
LG