Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:10

'Sosial yardım alana qədər anadan əmdiyim südü burnumdan gətirdilər'


Azərbaycan, Astara rayonu, Natiq Xurşudov-19may 2018
Azərbaycan, Astara rayonu, Natiq Xurşudov-19may 2018

“Ötən il martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara rayon şöbəsinin önündə mənə edilən ədalətsizliyə görə özümə od vurdum. Ünvanlı sosial yardımın yarısını heç bir səbəb olmadan kəsmişdilər. Polislər odu söndürə bildilər. Xəsarəti aldım. Evdə 3 ay müalicə olundum. Qapımı açan olmadı...”

Bunu Astara rayon Qəcimardə kənd sakini Natiq Xurşudov deyir.

O, çətinliklə nəfəs alır. Əli ilə yaşadığı evi göstərərək sözünə davam etdir:

“6 nəfər ailə orda yaşayırıq. Uşaqlarımdan böyüyün 11, kiçiyn isə 5 yaşı var. Hamsı da qız övladıdır. Uşaqların üçü məktəblidir. ”

Gildən ev

Xurşudovların yaşadığı ev gildəndir. Torpaq sürüşdüyündən evin bir tərəfi dağılmaq üzrədir. Divarlar çatlayıb. Ev dağ ətəyində yerləşir. Natiq Xurşudov sözlərinə davam edir:

Xurşudovların hazırda yaşadığı ev, Azərbaycan, Astara-19 may 2018
Xurşudovların hazırda yaşadığı ev, Azərbaycan, Astara-19 may 2018

“Torpağım var. Suvarmaq üçün su yoxdur. Naringi, feyxoa ağacları əkmişdim, hamsı yandı. Burda su 125 metr dərinlikdən çıxır.Artezian quyusunun hər metrəsini 25 manata qazırlar. Məndə o pul yoxdur. ”

“4 dəfə əməliyyat olunmuşam”

O deyir ki, bütün problemlərin kökündə işsizlik durur:

“ Aciz adam deyiləm. Əvvəllər işləyirdim. İşlədiyim yeri bağladılar. Xəstələndim. Böyrəkdən və prostatdan 4 dəfə əməliyyat olunmuşam. Ağır həyat bizi məhv edir. Ölkəmiz neft, qaz ölkəsidir. Amma aclıq çəkirik. Uşaqlarımın necə əzab çəkdiyin görürəb, ürəyim ağrayır. Görürsünüz ki, hansı vəziyyətdə yaşayıram. Evlərdə fəhlə işi olanda işləyirəm. O da həmişə olmur. İş olsa dövlətə nə üçün ağız açım? ”

N. Xurşudovun deməsinə görə, qarşlaşdığı problemlərlə bağlı müxtəlif inistansiyalara dəfələrlə müraciət edib:

“ Keçmiş nazir Səlim Müslümova, Fövqəladə Hallar Nazirlyinə müraciət etmişəm.Yer sürüşür, ev təhlükəli vəziyyətdədir. Bizə cavab verdilər ki, sizin məsələnizin bizə aidiyyəti yoxdur. Rayon icra hakimiyyəti başçısının, qəsəbə icra nümayəndəsinin, bələdiyyənin xəbəri var.”

O kəndin gənclərin işləməyə xaricə getdiyini deyir:

“Cavan adam qalmayıb. Rusiyaya gedirdilər. İndi əsasən Türkiyəyə gedirlər. Atam, anam yaşlı adamlardır, ikisi də xəstədir. Bir qardaşım var o da həpsdədir. Onlar da mənim umuduma qalıblar. Onları atıb gedə bilmirəm. Pensiya alırlar.”

““Hərə bir bəhanə ilə başından edir”

Müraciət etdyi məktubları və aldığı cavabları bizə təqdim edir:

“Hərə bir bəhanə ilə başından edir. Deyirlər müraciət elə ünvanlı sosial yardım al. Yardım alırdım. Ötən ilin noyabr ayında kəsdilər. Sosial yardım alana qədər andan əmdiyim südü burnumdan gətirdilər. Uşaqlarım nümunəvi şagirdirlərdir...”

Qacimardə kəndi dağ yamacından ovuc içi kimi görünür. Kəndə yeni tikililər də gözə dəyir.

“Uşaqlarımından biri asma, digəri isə revmatizm xəstəsidir”

Natiq Xurşudovun həyat yoldaşı Bəsdi Xurşudova söhbətə qarışır:

Xurşudovlar ailəsi, 19 may 2018
Xurşudovlar ailəsi, 19 may 2018

“Yağış yağanda evin içinə tökülür. Bura dağ ərazisidir. İlin çox vaxtı burda qar olur. Hamımız xəstəlik tapmışıq. Mən 3 dəfə əməliyyat olunmuşam. Uşaqlarımından biri asma, digəri isə revmatizm xəstəsidir. Buna baxmayaraq məktəbdə xadimə işləyirəm. Gündə iki dəfə 8 kilometr yol gedirəm. Buna da şükür edirəm ki,işim var. 130 manat alıram...”

İcra nümayəndəsi və bələdiyyə nə deyir?

Qəcimardə kəndi Kijabə qəsəbə icra nümyəndəliyinə daxildir.

Qəsəbə icra nümayəndəsi Şahin Əmənullayev bu ailənin şikayəti ilə razılşamır:

“Ünvanlı sosial yardım üçün müraciət etsin. Bizlik bir şey yoxdur. Həmin ərazidə artezian quyusu qazılıb ( ABŞ səfirlyinin dəstəyi ilə-R). Həmin quyudan əhaliyə içməli su verilir. Natiq Xurşudovun adı abonentlərin siyahısında var.Orda su problemi yoxdur.”

Bələdiyyə sədri Ağadadaş Qənbərov da Natiq Xurşudovun dediklərini təkzib edir:

“Ona həmişə yardım etmişik. Evimə gəlmişdi 50 manat ona verdim. Bayram günlərində də ərzaq yardımı göstərilir.Torpağından səmərəli istifadə etmir. Əkini suvarmaq üçün kimdə su var? Hərə bir yolla torpağını becərir.O eləmir...”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nə demişdilər?

Natiq Xurşudob özünü 2016-ci ilin martın 16-da yandırmağa cəhd göstərmişdi. Bu haqda xəbər Azadlıq Radiosun veb saytında yayıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi də açıqlama göndərmişdi. Nazirliyin şöbə müdiri Elman Babayev açıqlamada vurğulayırdı ki, Natiq Xurşudov özünə xəsarəti sosial müavinət ala bilməməsinə görə yetirməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan, Bakı-18 oktyabr 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan, Bakı-18 oktyabr 2016

Elman Babayev bildirirdi ki, N.Xurşudovun ailəsi ünvanlı sosial yardımı ilə təmin olunur. Ancaq onun bildirməsinə görə, Natiq Xurşudov qardaşı Fəxrəddin Xurşudovun ailəsinə də ünvanlı sosial yardımı verilməsindən ötrü müraciət edib. Bu müraciətinə isə müsbət cavab ala bilməyib:

«Qüvvədə olmuş müvafiq qanunvericilikdə ailənin aylıq kredit öhdəliyinin orta aylıq gəlirinin 50 faizindən çox olması ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hallardan biri kimi təsbit edilir. Fəxrəddin Xurşudovun ailəsinin də belə kredit öhdəliyi olduğundan, həmin ailəyə ünvanlı sosial yardımının təyin olunmasından imtina edilib”.

Bununla belə açıqlamada vurğulanırdı ki, 2016-cı il fevralın 5-də təsdiq edilmiş yeni qaydalarda artıq kredit öhdəliyinin olması ailəyə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinaya səbəb olan hal kimi göstərilməyib:

“ ...Eyni zamanda, N.Xurşudova izah edilib ki, bu il ( 2016-R) fevralın 15-dən ölkəmizdə ünvanlı dövlət sosial yardım üzrə elektron müraciət və avtomatlaşdırılmış təyinat sistemi tətbiq edilib. Onun bir qədər əvvəl həbs olunmuş qardaşı Fəxrəddin Xurşudovun ailəsi yenidən elektron qaydada və ya sənədlərini poçt şöbəsi vasitəsilə təqdim edərəsə müraciətə avtomatlaşdırılmış qaydada baxılaraq qərar veriləcək. Lakin N.Xurşudov elektron qaydada müraciət edilməyəcəyini bildirərək, dərhal onun qardaşının ailəsinə sosial yardım təyin olunmasını tələb edib...».

XS
SM
MD
LG