Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Muammar Gathafi-nin oğlu Saif al İslam, prezident olmaq üçün Putindən kömək istəyib


Saif al islam
Saif al islam

Keçmiş Liviya lideri Muammar Gathafi-nin oğlu Saif al İslam, Rusiya hakimiyyətinə müraciət edərək, 2019-cu ildə keçiriləcək prezident seçkisində ona dəstək olmağı xahiş edib.

Bu barədə “Bloomberg” məlumat verir.

Mənbə yazır ki, Saif al İslam Rusiya prezidenti Vladimir Putinə belə bir məktub göndərib.

Məlumata görə məktubu şəxsən onun özü,Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanova verib. Görüş bu ilin dekabrında olub.

Saif al İslam məktubda Rusiyadan siyasi dəstək istəyir.

O hesab edir ki, Moskva Liviyadakı müxtəlif qüvvələr arasında aparılan danışıqlarda vasitəçi olacaq, həmçinin ona maliyyə yardımı göstərəcək.

Rusiyanın xarici işlər nazirliyi məlumatı şərh etməkdən imtina edib.

“Bloomberg”in mənbəsi deyir ki, Rusiya hələ ki, dəstəkləyəcəyi namizədi müəyyən etməyib.

2019-cu ilin əvvəllərində BMT-nin dəstəyi ilə Liviyada prezident seçkisi keçirilməlidir.

Bundan əvvəl seçkinin dekabrda keçirilməsi nəzərdə tutulurdu.

Amma Palermo görüşündə onun gələn ilə keçirilməsi barədə razılıq əldə edildi.

Həmin görüşdə xüsusilə Rusiyanın baş naziri Dimitry Medvedev və Liviya ordusunun baş komandanı Khalifa Khaftar iştirak edirdilər.

Khalifa Khaftarın Moskva ilə əlaqəsi var və prezidentliyə namizədlərdən biri hesab olunur.

Saif al İslam 1972-ci ildə Tripolidə doğulub.Liviya və İsveçrədə təhsil alıb.Fəlsəfə elmləri doktorudur.1990-2000-nci illərdə Liviyada liberal islahatlar təşəbbüsü ilə çıxış edib.Böyük Britaniya ilə ticarət əlaqələrinin bərpası ilə bağlı danışıqlarda iştirak edib.Atasaı Muammar Gathafi 2011-ci ildə devrildikdən sonra milli keçid şürasına müqavimət hərəkatına rəhbərlik edib, amma tezliklə keçid hökumətinin tərəfdarları tərəfindən yaxalanıb.

2015-ci ildə ölüm hökmünə məhkum edilib.

Amma kütləvi informasiya vasitələri (KİV) bir il sonra onun amnistiyaya düşərək azad edildiyini yazdılar.

2018-ci ilin martında Saif al İslam prezidentliyə namizədliyini verib.

XS
SM
MD
LG