Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:33

Putin Ukrayna hökumətinin ‘kilsənin işinə qarışmasını’ tənqid edir


Vladimir Putin patrirax Kirillin taxta oturmasının 10-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edir
Vladimir Putin patrirax Kirillin taxta oturmasının 10-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edir

Ukraynadakı yeni milli-dini təsisatın Moskva Patriarxlığından qopması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin Ukrayna hökumətini ölkədəki Pravoslav Kilsəsinin işinə “kobud müdaxilədə” ittiham edib.

Rusiya Pravoslav Kilsəsinin, patriarx Kirillin də iştirak etdiyi tədbirində çıxış edən Putin yanvarın 31-də deyib ki, yeni kilsəinin yaradılması səylərinin arxasında “hakimiyyət davası” və “düşmənçilik və dözümsüzlüyün qızışdırılması niyyəti” dayanır:

“Rusiya hakimiyyət orqanları əmindir ki, kilsə işlərinə hər hansı müdaxilə qətiyyən yolverilməzdir”.

Yanvarın əvvəllərində Ukrayna Pravoslav Kilsəsi müstəqillik və ya dini terminlə deyilsə, aftokefallıq əldə edib və bununla da Rusiyanın Ukraynada 330 illik dini hegemonluğuna son qoyulub.

Rusiya ukraynalıların müstəqil kilsə yaratmaq səylərinin daim əleyhinə olub, lakin bu səylər Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynanın şərqində separatizmə rəvac verdikdənsonra daha da güclənib.

Putin deyib: “Biz həmişə, xüsusilə də qonşu ölkədə kilsə həyatının müstəqilliyinə hörmət etmişik. Bununla belə biz reaksiya vermək, din azadlığı da daxil, insan haqlarını müdafiə etmək hüququnu özümüzdə saxlayırıq”.

Rusiya prezidenti “kilsənin işinə açıq müdaxilə edənləri ötən əsrdə dindarları kilsələrdən qovmuş “allahsızlara” bənzədib”.

XS
SM
MD
LG