Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Nazirlik soğanın bahalaşmasına münasibət bildirib


Soğan yığımı
Soğan yığımı

«Soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır».

«Report»un xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

«Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox - 7 min tondan çox soğan ixrac edib. Bunun da təxminən 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək», - deyə nazirlik bəyan edib.

Xatırlama

Azərbaycanda son 3 həftədə soğanın qiyməti təqribən 2 dəfə bahalaşıb. 3 həftə əvvəl kiloqramı 70 qəpiyə satılan soğan hazırda 1 manat 50 qəpiyə təklif edilir. Ötən ilin yay aylarında isə soğanın bir kiloqramı 15-20 qəpiyə satılıb.

Bu il Türkiyədə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən soğanın qıtlığı yaşanıb.

XS
SM
MD
LG