Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:48

Mərkəzi və Şərqi Avropa ölkələri hərbi xərcləri artırır


Rusiyanın hərbi xərcləri, arxiv fotosu
Rusiyanın hərbi xərcləri, arxiv fotosu

2018-ci ildə Ukraynanın və Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində hərbi xərclər kəskin artıb və bu daha çox Rusiyadan artan təhdidlərlə bağlıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) aprelin 29-da yaydığı hesabatında belə deyir.

Ötən il Ukrayna hərbi xərcləri 21 faiz artıraraq ilə 4,8 milyard dollara çatdırıb. Bolqarıstan, Rumıniya, Latviya və Litvada da oxşar artım baş verib.

“Mərkəzi və Şərqi Avropada artım Rusiyadan artan təhdidlə əlaqədardır. Di gəl, Rusiya son iki ildə hərbi xərcləri azaldıb”, – SIRPI-nın aparıcı tədqiqatçısı Pieter Wezeman deyib.

Bolqarıstan, Rumıniya, Latviya və Litvada hərbi xərclər 18 faizdən 24 faizə, Polşada isə 8,9 faiz yüksələrək 11,6 milyard dollara çatıb.

Arxiv fotosu
Arxiv fotosu

Hərbi xərc nə zaman yükə çevrilir

Rusiyada hərbi xərclər 2017-ci illər müqayisədə 3,5 faiz azalsa da, 61,4 milyard dollarla dünyada bu sahədə altıncı yerdədir.

Ukrayna 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ölkənin şərqində Moskvanın dəstəklədiyi separatçılarla mübarizə aparır. Münaqişədə 13 mindən çox adam həlak olub.

Ötən il hərbiyə xərcləri artırmış ölkələr içində Ermənistan (33%), Bosniya Herseqovina (26%), Bolqarıstan (23%), Ukrayna, Rumıniya (18%) və Qazaxıstan (16%) da var.

Ermənistan hərbiyə ÜDM-nin 4,8 faizini – 609 milyon dollar xərcləyib və bu səbəbdən dünyada hərbi xərclərin yükə çevrildiyi ilk onluqda yer alıb. Rusiyada hərbi xərcləri ÜDM-nin 3,9 faizi qədər olub.

İran isə uyğun xərcləri 9,8 faiz azaldaraq 13,2 milyard dollara salıb. Bu da Birləşmiş Ştatların maliyyə sanksiyalarını yeniləməsindən sonra ölkənin üzləşdiyi iqtisadi problemlərlə bağlıdır.

Bir neçə illik geriləmədən sonra Əfqanıstanda hərbi xərclər 2018-ci ildə 6,7 faiz artaraq 198 milyon dollara çatıb. Ancaq bu, ÜDM-nin yalnız 1 faizini təşkil edir.

Ümumilikdə dünyada hərbi sektora xərcləmələr ötən il 2,6 faiz artaraq 1,822 trilyon dollara çatıb, yəni dünya ÜDM-sinin 2,1 faizinə.

Dünyada Birləşmiş Ştatlar, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa hərbi ən çox pul ayıran ölkələrdir və birlikdə dünyada bütün belə xərclərin 60 faizini təşkil edirlər.

2010-cu ildən bəri ilk dəfə olaraq Birləşmiş Ştatlarda hərbi xərcləri artıb, 6,4 faiz yüksələrək 649 milyard dollara çatıb. Bu, ÜDM-nin 3,2 faizi deməkdir.

Çin isə müvafiq xərcləri 5 faiz artıraraq 250 milyard dollara çatdırıb. Artıq 24 ildir Çin hərbi xərcləri ilbəil artırır.

XS
SM
MD
LG