Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

‘Putinin aşpazı’ Rusiya büdcəsindən milyardlar qazanır


Yevgeny Prigozhin (solda) prezident Vladimir Putinə iaşə xidməti göstərir
Yevgeny Prigozhin (solda) prezident Vladimir Putinə iaşə xidməti göstərir

Siyasət aləmində “Putinin aşpazı” adı ilə tanınan oliqarx Yevgeny Prigozhin-lə əlaqələnidirilən Megaline şirkətinə 2017-ci ildən bəri Krımda ümumi dəyəri 1 milyard rubl olan (15, 3 milyon dollar) 4 kontrakt verilib.

Proekt saytının yazdığına görə bu şirkət tenderlərin qalibi kimi ilhaq olunmuş yarımadada sutəmizləyici və kanalizasiya qurğuları da daxil kommunal infrastrukturun yenidən qurulması ilə məşğul olmalıdır.

Bu layihə üçün vəsaitin böyük hissəsi Rusiya Federasiyasının dövlət büdcəsindən ayrılıb.

Megaline şirkəti Lenino qəsəbəsində kanalizasiya-nasos stansiyasının tikintisindən 671 milyon rubl qazanacaq.

Şirkət Lenin rayonunda ümumi uzunluğu 71 kilometr olan su kəməri çəkməlidir. Hələ 2018-ci ildə isitfadə verilməli olan, lakin verilməyən bu kəmər Krımın 20 yaşayış məntəqəsini su ilə təchiz etməlidir. Bu tikintiyə büdcədən 114 milyon rubl ayrılıb.

İş görülməsə də pul alınıb

Megaline həm də Simferopol hava limanının su təchizatı sistemini qurmalıdır. Bu layihə də 2017-ci ildə başa çatmalıydı, amma kontrakt icra olunmamış qalır. Bu səbəbdən də sifarişçi təşkilat olan “Voda Krıma” dövlət konserni Megaline şirkəti ilə ümumi dəyəri 240 milyon rubl olan kontraktını ləğv edib. Amma buna baxmayaraq podratçı artıq bu pulun 90 faizini alıb.

Proekt saytı yazır ki, Krımda görüləcək işlər üçün kontraktlar eyni sxemlə verilib. Əvvəlcə tender elan olunur, lakin nəticələr şikayət əsasında ləğv edilirdi. Bundan sonra elan olunan ikinci tenderləri bir qayda olaraq Prigozhin-ə bağlı şirkət qazanırdı.

Proekt bildirir ki, “Voda Krıma” konserni onun sorğularına cavab verməyib. Lenin rayonunda da sualları cavabsız buraxıblar.

Bundan əvvəl jurnalistlərin araşdırmasından məlum olmuşdu ki, Prigozhin indiyədək Rusiyada ümumi dəyəri minimum 209 milyard rubl (32 milyard dollar) olan tenderləri qazanıb.

Kilsə və "sağlamlıq mərkəzi"

Hələ bu da deyilməlidir ki, Megaline “Prigozhin-in imperiyasına” daxil olan böyük şirkətlərdən yalnız biridir.

AzadlıqRadiosunun araşdırmasından bu da məlum olmuşdu ki, 2013-cü ilədək bu şirkət Laxta MMM vasitəsilə birbaşa Prigozhin-in və onun anası Violettanın mülkiyyəti kimi qeydiyyatdan keçmişdi.

Suriyadakı Rusiya muzdluları
Suriyadakı Rusiya muzdluları

Lakin 2015-ci ilin dekabrından Megaline “Business project” şirkətinin mülkiyyətinə keçib. Bu şirkətin mülkiyyətində habelə yaxta və təyyarə də var. Bunlardan Prigozhin-in başqa strukturları istifadə edir.

Əvvəllər də Megaline şirkətinin adı bir neçə layihə ilə bağlı hallandırılıb.

Bunlar Prigozhin-in Vagner hərbçi muzdlular şirkətinin həlak olmuş döyüşçülərinin xatirəsinə kilsəninvə Krasnodar diyarındakı “sağlamlıq mərkəzinin” tikintisidir. Reuters-in məlumatına görə Vagner şirkətinin muzdluları dünyanın müxtəlif yerlərindəki hərbi tapşırıqlara bu “sağlamlıq mərkəzindən” yollanırlar.

Megaline habelə birbaşa Müdafiə Nazirliyinin daşınmaz əmlakının “baxıcısı” kimi dövlət kontraktları alıb.

XS
SM
MD
LG