Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:25

Liviyada saxlanan Rusiya vətəndaşları seçkiyə təsir etmək istəyirmişlər


İnsanlar Tripolidə seçki komissiyasının binası ətrafına toplaşıblar. 2 may, 2018.
İnsanlar Tripolidə seçki komissiyasının binası ətrafına toplaşıblar. 2 may, 2018.

Liviyada seçkiyə müdaxiləyə görə saxlanan Rusiya vətəndaşlarından birinin, biznesmen Evgeni Prigojin-lə bağlılığı var.

Qeyd edək ki, Prigojin-in Rusiya prezidenti Vladimir Putinin aşbazı olduğu bildirilir.

“Proekt” nəşri və BBC-nin rus xidmətinin yazdıqlarına görə, saxlanmış həmin şəxsin adı Maksim Shugaley-dir.

Sankt Peterburqdan olan politexnoloq Madaqaskarda keçirilən prezident seçkisində də Prigojin-in maraqlarına xidmət edib.

BBC-nin mənbəi saxlanan ikinci şəxsin də adını açıqlayıb.

O,əslən ərəb olan Rusiya vətəndaşı Samer Hasan Sueyfan-dır, tərcüməçi işləyirmiş.

“Milli dəyərlərin müdafiəsi fondu” da bir qədər sonra bu məlumatı təsdiqləyib. Amma bildirib ki, rusiyalılar sosial sorğular keçiriblər və Liviyada seçki prosesinə müdaxilə etməyiblər.

BBC qeyd edir ki, “Milli dəyərlərin müdafiəsi fondu”nun banisi Aleksandr Malkevic USA Really adlı ingilis dilli saytın baş redaktorudur. Bu “Federal xəbərlər agentliyi”-nin layihəsidir və ABŞ hakimiyyətinin məlumatına görə, onu Evgeni Prigojin maliyyələşdirir.

Malkeviç RİA Novosti-yə müsahibəsində deyib ki, əməkdaşlarının azad edilməsi ilə bağlı qapalı danışıqlar aparıb.

Rusiyanın xarici işlər nazirliyi də Rusiya vətəndaşlarının Liviyada həbsi barədə qərb agentliklərinin yaydıqları məlumatlara diqqət yetirdiyini bildirib.

“Bloomberg” də bu ərəfədə Liviyada qarşıdan gələn prezident seçkisinə təsir etməyə cəhd göstərən 2 Rusiya vətəndaşının saxlanması barədə məlumat yayıb.

Agentlik Liviyanın baş prokurorluğu və adı çəkilməyən 2 rəsmiyə istinadla, Rusiya vətəndaşlarının bu ilin mayından Liviyada həbsdə olduqlarını yazır.

Prokurorluğun məlumatına görə, rusiyalılar Keçmiş Liviya lideri Muammar Kaddafi-nin oğlu Saif al İslam Kaddafi ilə görüşməyə cəhd edirmişlər.

“Bloomberg” agentliyi hesab edir ki, Saif al İslam Moskvanın dəstəyi ilə Liviya prezidentliyinə namizəd ola bilər.

“Proekt”nəşrinin bu ilin martında yazdığına görə, 20 Afrika ölkəsində rusiyalı biznesmen Evgebi Prigojin-lə bağlı olan 100-200 arası politexnoloq fəaliyyət göstərir.

Məlumata görə, o yerli siyasi proselərə təsir etmək və rusiyapərəst namizədlərin seçkilərdə qalib gəlməsinə çalışır.

XS
SM
MD
LG