Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:02

ABŞ iranlı hicab məhbuslarının məhkum olunmasını pisləyir


Monireh Arabshahi (ortada), Yasaman Aryani (solda) və Mojgan Keshavarz (sağda)
Monireh Arabshahi (ortada), Yasaman Aryani (solda) və Mojgan Keshavarz (sağda)

ABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə 55 il həbsə məhkum edilməsini pisləyib. Həmin qadınların ikisi ana-baladır.

“İran rejiminin Yasaman Aryani, Monireh Arabshahi və Mojgan Keshavarz-ı sadəcə, qızılgül paylamaqla məcburi hicab qanunlarına etiraz etdikləri üçün 55 illik həbsə məhkum etməsini pisləyirik”, – departamentin sözçüsü Morgan Ortagus avqustun 14-də tvitində yazıb. O, “bütün ölkələri bu kobud pozuntunu pisləməyə” çağırıb.

Son iki ildə İranda onlarla qadın məcburi geyim kodeksinə etiraza görə həbs olunub, Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib.

Tehranda qadınlar
Tehranda qadınlar

Nyu Yorkda mənzillənən insan haqları qurumunun bildirməsinə görə, 23 yaşlı Aryani, onun anası Arabshahi və 9 yaşlı qız anası Keshavarz apreldə Tehranda saxlanıblar və ötən ay məhkum ediliblər.

Onların həbsindən öncə sosial mediada yayılmış videoda üç qadının 8 mart Beynəlxalq qadınlar günündə, baş örtüyü olmadan metroda qadınlara gül payladığı görünür.

“Gün gələcək, biz təməl hüquqlarımız uğrunda mübarizə aparmalı olmayacağıq”, – Arabshahi bu sözləri dediyi eşidilir.

İyulun 31-də Tehranda bir məhkəmə qadınlardan hər birini “dövlətin təhlükəsizliyinə qarşı birləşməyə” görə 5 il, “dövlətə qarşı təbliğata” görə bir il, “əxlaqi korrupsiya və fahişəliyi həvəsləndirməyə” görə 10 illik həbsə məhkum edib.

Keshavarz bundan başqa “müqəddəsləri təhqir etdiyinə” görə 7 il yarım həbsə məhkum olunub.

HRW bildirir ki, apelyasiya instansiyası hökmləri qüvvədə saxlasa, qadınlar 10 illik maksimum cəzanı çəkəcəklər.

1979-cu il islam inqilabından bəri İranda qadınların geyimində qadağalar tətbiq olunub. Geyim kodeksinə görə, qadınlar ictimai yerlərdə saç və bədənlərini örtməlidirlər.

XS
SM
MD
LG