Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Rusiyanın Yaxın Şərqə dönüşü


Böyük Britaniyada Bashar al-Assad və rusiyalı hımkarı Vladimir Putinə qarşı etiraz, iyun, 2019-cu il
Böyük Britaniyada Bashar al-Assad və rusiyalı hımkarı Vladimir Putinə qarşı etiraz, iyun, 2019-cu il

Kreml hazırda Yaxın Şərqdə “bərk gedir”, ancaq Rusiyanın regiona potensial təsirini həddən artıq şişirtməyə ehtiyac yoxdur. “Karnegi” fondunun portalında dərc olunmuş məqalədə bu haqda söz açılır.

Müəlliflər Eugene Rumer və Andrew Weiss yazırlar ki, ABŞ Prezidenti Donald Trump-ın Suriyanın şimalından qəfil çıxmaq qərarının yaratdığı xaosa baxmayaraq, Rusiyanın Yaxın Şərqdə tamamilə ABŞ-ı əvəzləmək istədiyini söyləmək yanlış olardı. Rusiya liderlərinin istəyi odur ki, Moskva regional qüvvə kimi ABŞ ilə bərabər səviyyədə görünsün.

Elə Kreml də bu məsələdə ehtiyatlı davranır, Suriyaya nisbətən az sayda hərbçi yerləşdirib, hərbi əməliyyatları elə aparıb ki, özünün itkiləri minimum olsun. Doğrudur, saysız suriyalı dinc sakinin ölümüylə nəticələnən qəddar hava kampaniyası zamanı Rusiya ordusu heç də özünə məhdudiyyət qoymadı, di gəl, yenə də öz heyətini riskə atmaq məsələsində diqqətli davrandı.

Müəlliflər ABŞ-la müqayisədə Rusiyanın son 20 ildə Yaxın Şərqdə iştirakını dərinləşdimədiyini vurğulayırlar. “Putinin Yaxın Şərqdə harayasa 100 min hərbçi göndərdiyini görmədik”, – yazan müəlliflər Rusiyanın status kvoyla qane olduğunu qeyd edirlər. Yəni, Rusiya demokratiyanın təbliğində deyil, sabitlikdə maraqlı olub. Rusiya liderləri ABŞ-ın siyasətini bütöv region üçün sabitsizlik yaradan faktor kimi görürlər, buraya Vaşinqtonla Tehran arasında son gərginlik də daxildir.

Son bir neçə ildə isə Rusiya Yaxın Şərqdə vasitəçi, hərbi oyunçu kimi üzə çıxıb. 2015-ci ildə Suriyaya məhdud sayda quru qüvvələri göndərməklə orada vətəndaş müharibəsinin yönünü dəyişib, Prezident Bashar al-Assad rejimini məğlubiyyətdən xilas edib.

Məqalədə Kremlin Fars Körfəzindəki ərəb dövlətlərində də fəallaşdığı, eyni zamanda İsraillə münasibətlərinin çiçəkləndiyi qeyd olunur.

İndi isə Rusiya Birləşmiş Ştatlar, Avropa Birliyi, hətta Çinin maraqları olan regionda söz sahibi olmaq istəyir. “Kreml də öz maraqlarını irəli apararaq göstərir ki, daha inamlı Rusiya periferiyasından kənarlara da çıxa bilər”, – məqalədə deyilir.

“Rusiya gələcəkdə də Yaxın Şərqdə vacib oyunçu kimi qalacaq. Kreml həddən artıq öhdəlik götürmür, həddən artıq vəd vermir və fəal diplomatik strategiya aparır. Bu, Rusiyaya daha az qan və pula başa gəlir”, – müəlliflər yazır.

XS
SM
MD
LG