Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:38

Erdogan ‘erməni soyqırımını’ tanıyan qətnaməni 'dəyərsiz' adlandırır


Yerevandakı soyqırım qurbanları abidəsi
Yerevandakı soyqırım qurbanları abidəsi

Türkiyə Prezidenti RecepTayyip Erdogan isə Nümayəndələr Palatasının qətnaməsini “dəyərsiz”, Türkiyə xalqına “ən böyük təhqir” adlandırıb.

“Buradan ABŞ ictimai fikrinə, bütün dünyaya səslənirəm: atılan bu addım dəyərsizdir və onu tanımırıq”, – Erdogan oktyabrın 30-da Ankarada televiziya ilə yayımlanan çıxışında deyib.

***

Ermənistanın Baş naziri Nikol Pashinian qətnaməni alqışlayıb, bunu “həqiqətə və tarixi ədalətə xidmət edən cəsarətli addım” adlandırıb, erməni əsilli amerikalıların bu yöndə cəhdlərini alqışlayıb.

Türkiyə isə xəbərdarlıq edib ki, qətnamə beynəlxalq və regional təhlükəsizlik üçün “aşırı kövrək məqamda” əlaqələrə ziyan vurmaq riski yaradır.

Səfir nazirliyə çağrılıb

Oktyabrın 30-da ABŞ-ın Türkiyədəki səfiri David Satterfield Ankarada Xarici İşlər Nazirliyinə çağırılıb, ona qətnamə haqda rəsmi şikayət təqdim olunub.

Nazirlik bildirib ki, qətnamənin “tarixi, yaxud hüquqi əsası yoxdur”.

“Mənasız siyasi addım kimi onun hədəfi etməni lobbisi və Türkiyəyə qarşı çıxan qüvvələrdir”, – nazirlik bildirib.

Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu qətnaməni tənqid edərək Türkiyənin Suriyadakı əməliyyatına görə “qisasçılıq” adlandırıb.

ABŞ Prezidenti Donald Trump Suriyanın şimal-şərqindən hərbçilərini çıxarmaq qərarı verəndən sonra Türkiyə həmin ərazidə kürd silahlı birləşmələrə qarşı hücuma başlayıb. Vaşinqton Ankaranın hərbi hücumunu pisləmişdi.

“Erməni soyqırımı” qətnaməsinin qəbulundan sonra palata Türkiyənin Suriyadakı əməliyyatına cavab olaraq ona qarşı iqtisadi sanksiya layihəsini də qəbul edib.

Demokratlar və respublikaçıların dəstəklədiyi qanun layihəsi Trump-ı Ankaraya sanksiya tətbiq etməyə çağırır.

***

ABŞ-da Konqresin Nümayəndələr Palatası “erməni soyqırımının” tanınmasına dair qətnaməni qəbul edib.

Bu qətnaməni hər iki partiyanın millət vəkilləri dəstəkləyiblər.

İcrası hüquqi baxımdan icbari olmayan bu qətnamənin leyhinə 405, əleyhinə 11 millət vəkili səs verib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının addımını qətiyyətlə pisləyib və deyib ki, bu qərar “qanunsuz və etibarsızdır”.

Bu barədə yazdığı tvitdə Çavuşoğlu qeyd edir ki, Türkiyə Suriyanın şimal-şərqinə hücumla “böyük oyunun” qarşısını alıb və Konqresin qərarı da bu əməliyyata görə qisasdır:

“Niyyətləri baş tutmayanlar nimdaş qətnamələrə əl atırlar. Onların bu yolla qisas alacaqlarını düşünənlər səhv edirlər. Tarixi siyasət üçün istismar edənlərin qərarları hökumətimiz və xalqımız üçün qanunsuz və etibarsızdır”.

Bir çox siyasətçilər, tarixçilər və erməni fəallar I Dünya Müharibəsi illərində və ondan dərhal sonra Osmanlı Türkiyəsində 1, 5 milyon erməninin qətliam edildiyini bildirirlər. Onlar bu qətliamları “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə bu iddiaları qəbul etmir və bildirir ki, erməni ölümləri döyüş əməliyyatlarının gedişində baş verib və ölənlərin sayı ən çoxu 300 min nəfər ola bilərdi.

Türkiyə hökuməti erməni azlığın sistematik və planlı şəkildə qətl edilməsinə dair iddiaları qətiyyətlə rədd edir.

Vaşinqtonda mənzillənmiş Erməni Milli Komitəsinin icraçı direktoru Nümayəndələr Palatasında qətnamənin qəbul edilməsini Türkiyənin bu inkarlarının “mütləq şəkildə rədd edilməsi” adlandırıb.

Bu qətnamə layihəsini böyük erməni diasporasının yaşadığı Kaliforniya ştatından demokrat Adam Schiff təqdim etmişdi.

ABŞ ştatlarının Missisipidən başqa hamısı “erməni soyqırımını” tanıyan qətnamələr qəbul edib.

Əvvəllər Türkiyə hökuməti bu məsələnin qanunvericilik halına gəlməməsi üçün uğurlu lobbiçilik fəaliyyətində olub.

Lakin iki ölkə arasında hazırda yaranmış vəziyyətdə bunu etmək son dərəcə çətin idi.

XS
SM
MD
LG